|
|
|
Böyük Britaniya yeganə ölkədir ki, dövlət informasiyasının əldə edilməsi haqqında qanunvericiliyə malik deyil. Bütün ölkələrdə hakimiyyət, milli təhlükəsizliyə və ya müdafiə qabiliyyətinə dair informasiyanı açıqlamaqdan imtina etmək hüququna malikdir. Əksər ölkələrdə, beynəlxalq münasibətlərə, hüququn təmini prosesinə, ictimai təhlükəsizliyə, şəxsi həyat hüququna və ya kommersiya sirrinin qorunmasına xələl gətirəcək informasiyanın açıqlanması qadağandır. |
Rusiyalılara yönəldilmiş kanallara, ümumilikdə iki milyarddan az pul ayrılacaq. Bundan RDTRK teleproqramlarının yayımına və «Kultura»nın əhatə dairəsinin genişləndrirlməsinə 500 milyon rubl ayrılacaq. Əhalisi 200 mindən az olan şəhərlərə yayımlanması üçün «Sport» telekanalı 270 milyon rubl alacaq. Həmin məqsədlər üçün «Pervıy»kanal və NTV-yə 972 milyon rubl ayrılması nəzərdə tutulur. Başqa növ KİV-lərə daha kiçik məbləğlər nəzərdə tutulur. Məsələn, RİA Novosti agentliyinə 100,1 milyon rubl əlavə ediləcək. Əlavəyə İTAR-TASS da ümid edə bilər, lakin onun məbləği hələ müəyyənləşdirilməmişdir. Məmurlar, yeni büdcə layihəsinə 42 faizlik məxaric artımı (843 milyon rubl) təyin etməklə özlərini də yaddan çıxarmamışlar. |
«Medialogiya» şirkətinin «Vedomosti» qəzeti ilə birgə keçirdiyi tədqiqat Rusiya telekanallarının yəhudi dövlətinə qarşı aydın antipatiyasını aşkar etmişdir. Sosioloqlar iddia edirlər ki, İsrail tərəfin yalnız tək-tək məlumatlarını pozitiv hesab etmək olar. «Hizbulla» ilə bağlı vəziyyət təmamilə başqadır – Rusiya kanalları onlara qarşı «terror» terminini demək olar ki, tətbiq etməmişlər və təşkilatın liderlərinin təbliğatçı bəyanatlarını böyük ruh yüksəkliyi ilə nümayiş etdirmişlər. «Birinci kanal», «Rossiya» və NTV daxil olmaqla, Rusiyanın altı əsas kanalının efirində «Hizbulla»nın təbliğatçı bəyanatları 253 dəfə – İsrail tərəfin bəyanatlarından (36) yeddi dəfə çox nümayiş etdirilmişdir. |
Deputatın dediyinə görə, bir çox ölkələr Azərbaycanın tolerantlığından müvafiq nümunə kimi istifadə edə bilərlər: «Bu həqiqət Azərbaycandakı fundamental həqiqətlərdəndir və ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində yaradılmışdır. Şübhəsiz ölkəmiz müsəlman ölkələrinə aiddir və vətəndaşların əksəriyyəti islam dininə etiqad edirlər. Lakin biz, eyni zamanda başqa dinlərə də hörmətlə yanaşırıq, çünki onların hamısında müəyyən dərəcədə müsbət nüanslar üstünlük təşkil edir. |
Uzun müddətdən sonra mən Qaqarinin həyatını təsvir etmək imkanı əldə edəndə, Yurinin necə insan olduğu məni heyrətə gətirdi: eyni zamanda, hamıda olduğu kimi nöqsanları olan sadə bir gənc, bununla yanaşı çox cəsarətli bir insan. Yerin ətrafında 108 dəqiqəlik uçuşdan qayıdan kimi Qaqarin super-ulduz oldu, onu prezidentlər və baş nazirlər alqışlayırdılar. O kosmosa qayıtmaq istəyirdi, lakin yüksək rütbəli məmurlar ona icazə vermirdilər. Lakin o, öz istədiyinə nail oldu və 1967-ci ildə onu Vladimir Komarovun ekipajına dublyor pilot təyin etdilər. |
Prezident saat 12 radələrində gəlib çıxdı. Onu görən kimi üç, yaxud dörd gənc üzərində «Putin - azadlığın cəlladı, Putin - Beslanın cəlladıdır» yazılmış plakatı qaldırdılar. Gənclərin üzərində Nasional - bolşevik partiyasının atributitkası var idi. Onlar vərəqələri səpələyir və plakatda olan şüarı səsləndirirdilər. Onları saxlamaq üçün zalda növbətçilik çəkən mühafizəçilərə cəmi bir neçə dəqiqə kifayət etdi. Gəncləri zaldan uzaqlaşdırandan sonra məlum oldu ki, Ümumdünya qəzet assosiasiyasının prezidenti Qevin O`Reylinin çıxışı qalıb. Yubanmanın nə ilə bağlı olması, faktiki olaraq, dərhal məlum oldu. O`Reylinin çıxışı bir nəfərə ünvanlanmışdı: «İstərdik ki, Siz bizim çıxartdığımız nəticəyə konstruktiv yanaşasınız. Biz Sizə mühazirə oxumaq istəmirik», - deyə Ümumdünya qəzet assosiasiyasının prezidenti Vladimir Putinə müraciət edib. |
«Rodina»da hesab edirlər ki, dövlət kanalları və qəzetlərdəki verilən iştirak vaxtı yalnız «Yedinaya Rossiya»nın xeyrinə olur. «Siyasi partiyaların Moskva şəhərinin kütləvi informasiya vasitələrinə bərabər girişinin təmin edilməsi haqqında» qanun layihəsini işləyib hazırlamış Moskva «yablokoçularının» lideri Sergey Mitroxin də bu fikirdədir. Sənəd dövlət mətbuatı və eləcə də büccədən maliyyələşən nəşrlərin fəaliyyətini tənzimləyir. |
Zahirən hər şey yaxşı görünür: nəşr məlumatı yoxlayır və onu həqiqətə uyğun hesab etdiyinə, görə dərc edir. Politkovskayanı, yalnız şərhin dağınıqlığında təqsirləndirmək olar. Jurnalist o qədər dolaşıq yazır ki, qeyri-ixtiyari rəis Poprihinin sözləri yada düşür: «Bu nədir qardaş, sənin başında həmişə belə qarışıqlıq olur?.. İşi bəzən elə qarışdırırsan ki, heç şeytan da baş açmır». Politkovskayanın məqaləsini Rusiya KİV-lərinin əksəriyyəti şərh etmişlər: «Exo Moskvı», «Kommersant», Newsru.Com, «Polit.Ru». «Lenta.Ru» İnternet-nəşri Xodorkovskinin qaçışı haqqında qəsdən yazmadı. İş orasındadır ki, aprelin 1-də oxşar məzmunlu material «Jizn» qəzetində peyda olmuşdu. Nəşr israr edirdi ki, ümumi rejimli koloniyanın əməkdaşları arasında, burada cəzasını çəkən Mixail Xodorkovski olan məhbusların kütləvi qaçışının qarşısını almışlar. «Jizn» yazırdı ki, məhbuslar barakdan sənaye zonasına tunnel qazmış, lakin ondan istifadə etmək istədikdə əməliyyat qruppu tərəfindən tutulmuşlar. |
O, provayderdən, «qeyri-müəyyən şəxslər» tərəfindən orada yerləşdirilmiş Danimarka karikaturalarının «çıxarılması ilə bağlı tədbirlər həyata keçirməyi» xahiş edir. Burada, xüsusi xidmət orqanı, «RF Federal Təhlükəsizlik Xidməti haqqında» 3 aprel 1995-ci il tarixli federal qanuna əsaslanır. |
«Washington Post»un nümayəndəsi Debora Houell (Deborah Howell) əmindir ki, hal-hazırda Amerikanın bütün şəhər qəzetlərinin problemi eynidir: tirajlar enir, reklam sifarişləri azalır, xərclər isə artır. Fəaliyyətlərini davam etdirə bilmək üçün qəzetlər xərclərini azaltmalı olurlar. Knight Ridder də bir neçə il xərclərin azaldılması siyasətinin tərəfdarı olmuşdur. Bir vaxtlar holdinqə daxil olan Philadelphia İnquirer qəzetinin dünya üzrə geniş müxbir məntəqələri şəbəkəsi mövcud idi: Moskvada, Londonda, Qüdsdə Cənubi Afrikada, Nyu-Delidə və Berlində. İndi bu şəbəkədən yalnız bir xüsusi müxbir qalmışdır – Qüdsdə. Əvvəllər Pekində, Berlində, Qüdsdə, Rio-de-Janeyroda və Salvadorda xüsusi müxbirləri olan Miami Herald da indi bir xarici əməkdaşla (Boqotada) kifayətlənir. |
Hal-hazırda nəşr Boyarskovla məhkəmədə görüşməyi nəzərdə tuturlar. Mixaylin qeyd edir ki, «hüquqşünaslar sənədi diqqətlə öyrənir və hüquq pozuntusu axtarırlar». «Qazeta.Ru»nun inadını başa düşmək olar: qüvvədə olan KİV haqqında qanunvericiliyə müvafiq olaraq, RMM-in bir il ərzində iki xəbərdarlığından sonra nəşr ləğv edilə bilər. |
Mətbu KİV-in naşirləri, İnternetdə tirajların və reklamdan əldə edilən gəlirin azalmasını saytların köməyi ilə kompensasiya etməyin çətinliyi ilə üzləşdilər. Nəticədə, əvvəllər İnternetdə məhdudiyyətlərin əleyhinə çıxış edən nəşrlərin çoxu materiallarına girişi bağladılar. Pullu bölmələrə məqalələrin yalnız bir hissəsinin, bir qayda olaraq, ən maraqlılarının yerləşdirilməsi təcrübəsi xüsusilə geniş yayılmışdır. Radiostansiyaların İnterneti fəth etməsi, onlara ciddi qazanc gətirmədi. Bu da yalnız texniki çətinliklərlə izah edilmir. |
Bax, elə burada uyğunsuzluq meydana çıxır: internetdə daha çox oxunan informasiya mənbələri öz nüfuzlarını qoruyur və ağ yalan dərc etmirlər. «Axının» tanınmayan saytlar vasitəsi ilə təşkil edilməsi effektiv deyil. Bəlkə, elə ona görə də, Ukraynanın daha çox oxunan iyirmi saytında açıq yalan tapmaq çətindir. Legalize it! (Leqallaşdırın!) |
Məhz soyuq müharibə illərində yaradılan sxemlərin əksəriyyəti müasir dövrdə İraqda və Əfqanıstanda öz tətbiqini tapdı. Beləliklə, 70-ci illərin ortalarında radiostansiyanın yenidən qurulması nəticəsində o, hökumət müəssisəsi statusundan məhrum edilmişdi. Bundan sonra «Amerikanın səsi» beynəlxalq etiketə riayət etməyə bilərdi, bu etiketə əsasən isə, bir ölkə başqa bir dövlətin işinə qarışa bilməzdi. Jurnalistlər isə, nəinki xəbərləri səsləndirmək və ABŞ hökumətinin mövqeyini açıqlamaq, həm də öz şəxsi fikirlərini dinləyicilərlə bölüşmək hüququ qazandılar. |
Ona görə də əsrin əvvəllərində jurnalist kadrların hazırlanması problemi meydana çıxdı. Bu problemə iki zidd yanaşma meydana çıxdı. Bəziləri hesab edirdilər ki, jurnalist üçün ən yaxşı məktəb qəzet və jurnal redaksiyası olmalıdır, burada zəruri təcrübə keçmək mümkündür. Başqaları, xüsusi jurnalist məktəblərinin yaradılmasının zəruriliyinə əmin idilər. |
|
|
|