|
|
|
 Almaniyanın ARD telekanalı HƏMAS Hərəkatının təhlükəsizlik xidməti tərəfindən operatorunun həbsinə etiraz olaraq Qəza bölgəsində müxbir məntəqəsini bağlayıb. AFP xəbər verir ki, Savah Abu Səif terror aktında şübhəli bilinən və şənbə günü saxlanılan 10 nəfər arasındadır. |
 BBC News xəbər verir ki, KİV sahəsinə nəzarət və tənzimlənməsi üzrə Britaniya agentliyi tele və radioşouda saxta müsabiqələrə görə BBC korporasiyasını 400 min funt sterlinq məbləğində cərimə edib. |
 RİA Novosti xəbər verir ki, Rusiya Federasiyası prokurorluğu yanında istintaq komitəsi «Dağıstan» Dövlət Teleradio Şirkəti başçısının qətlinə görə üç şübhəli şəxsə qarşı ittiham irəli sürüb. Məlumata görə, təqsirləndirilən şəxslər cinayətin icraçıları olub və adları açıqlanmır, sifarişçi isə hələ də məlum deyil. |
 Azərbaycanda «Media Müstəqilliyi İnstitutu» adı altında yeni struktur yaradılıb. Bunu Day.az Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən xəbər verir. |
 «İnterfaks» FHX regional mərkəzinin mətbuat-xidmətinə istinadən Ren-TV-Bryansk teleşirkətinin yerləşdiyi binada baş verən yanğının söndürüldüyünü xəbər verir. Yanğın nəticəsində heç kim həlak olmasa da, teleşirkətin binası tamamilə yanıb. |
 Ötən gün üç jurnalist Demokratik İslahatlar Partiyasının Azərbaycan Jurnalistikası Günü münasibətilə təsis etdiyi «Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda» mükafatını alıb. |
 Bir qədər əvvəl döyülmüş və bıçaq yarası almış «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil Fransaya yollanıb. Day.az bunu nəşrin baş direktoru Azər Əhmədova istinadən yayıb. |
 Bakının «Park İnn» mehmanxanasında «Media açarı-2008» mükafatının təqdimetmə mərasimində mərhum jurnalist Məmməd Nazimoğlunun publisistikanın inkişafında xidmətlərinə görə xüsusi mükafatla təltif edilib. Mükafat, diplom və «Media açarı» mərhumun oğlu Orxan Məmmədliyə təqdim edilib. |
 Söz Azadlığını Müdafiə Fondu jurnalist həmkarları, o cümlədən bütün mass-media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edir və bu şərəfli işdə hər kəsə uğurlar, həmçinin informasiyanın verilməsində dəqiq, qərəzsiz və obyektiv olmağı arzulayır. |
 Ötən gün jurnalistikanın inkişafına göstərdiyi dəstəyə görə Zərdabi adına mükafata Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov layiq görülüb. |
 Bu gün Mətbuat Şurasında Milli Mətbuat Günün ərəfəsində «Məmməd Nazimoğlu» jurnalının təqdimat mərasimi keçirilib. Tədbiri açan MŞ sədri Əflatun Amaşov mərhum jurnalistin şəxsiyyəti ilə peşəkarlığının vəhdəti haqqında danışdı. Hələ də onun ölümünə inanmayan MŞ sədri Məmməd Nazimoğlu tərəfindən böyük bir jurnalist ordusunun yetişdirildiyini vurğuladı. |
 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası «Məmməd Nazimoğlu» adlı xüsusi nəşr buraxıb. |
 2005-ci ildə öldürülmüş jurnalist Elmar Hüseynovun adını daşıyan mükafata - «Elmar mükafatı»na layiq görülən jurnalistlərin adları ötən gün bəlli olub: «Media forum» saytının əməkdaşı Aynur İmanova və «Azadlıq» radiosunun əməkdaşı Babək Bəkir. Laureatların adları Amerika Mərkəzində keçirilən tədbirdə açıqlanıb. |
 İyulun 16-dan Odessa və Yujnının kabel operatorları Rusiya telekanallarının nümayişini dayandırıblar. Bunu Ukraynanın Mütərəqqi Sosialist Partiyasının Odessa vilayət komitəsinin katibi Olqa Kovalenkoya istinadən İTAR-TASS yayıb. |
 Bundan sonra Söz Azadlığını Müdafiə Fondu mərhum jurnalist Məmməd Nazim oğlunun adını daşıyacaq. Bundan əlavə, onun adının əbədiləşdirilməsi üçün böyük layihə, o cümlədən həyat və yaradıcılıq haqqında kitabın nəşri və filmin çəkilişi, mükafatın təsis edilməsi və s. işlər nəzərdə tutulub. |
|
|
|