Politkovskayanın qətli ilə bağlı cinayət işi məhkəməyə verilir «Novaya qazeta» nəşrinin şərhçisi Anna Politkovskayanın qətlinə dair cinayət işi sentyabrın birinci ongünlüyündə məhkəməyə göndəriləcək. Bunu «İnterfaks» agentliyinə qəzetin baş redaktor müavini Sergey Sokolov deyib.
Ətraflı...
Apelyasiya məhkəməsinə jurnalistlərin cinayət məsuliyyətinin götürülməsinə dair şikayət daxil olubÖtən gün Apelyasiya məhkəməsində hakim Abid Əbdinbəyovun sədrliyi ilə «Müxalifət» qəzetinin jurnalistləri Yaşar Ağazadə və Rövşən Kəbirliyinin şikayəti araşdırılıb. Day.az Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən məlumatın Rövşən Kəbirlidən daxil olduğunu bildirir.
Ətraflı...
Naxçıvanda döyülmüş «Azadlıq» radiostansiyasının jurnalistləri Prokurorluğa müraciət ediblər«Azadlıq» radiostansiyasının Naxçıvandakı jurnalistləri Məlahət Nəsibova, həyat yoldaşı İlqar Nəsibov və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun regional müxbiri Elman Abbasov Babək rayonu və Naxçıvan MR-ın prokurorluğuna müraciət ediblər. Bunu Day.az saytı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən xəbər verir.

Ətraflı...
Məhkəmə Aqil Xəlilin Azərbaycan telekanallarına qarşı iddiasını rədd edibYasamal rayon məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilin Baş Prokurorluq, müstəntiq Əli Quliyev və AzTV, Lider, Space, ATV telekanallarına qarşı iddiası üzrə məhkəmə araşdırması keçirilib. Bunu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən Day.Az saytı bildirir.

Ətraflı...
Naxçıvanda «Azadlıq» radiostansiyasının jurnalistləri döyülüb«Azadlıq» radiosunun Naxçıvandakı müxbirləri Məlahət Nəsibova və həyat yoldaşı ilqar Nəsibov peşəkar borclarını yerinə yetirərkən təzyiqlərə məruz qalıblar. Bunu «Azadlıq» radiosuna istinadən Day.az saytı xəbər verir.
Ətraflı...
Azərbaycan jurnalistləri müəllif hüquqları uğrunda mübarizədən imtina edirlərAzərbaycan jurnalistləri əsərlərinin müəllif hüquqları uğrunda mübarizə aparmaq istəmir və Müəllif Hüquqları Agentliyinə nadir hallarda müraciət edir. Bunu Trend Life agentliyinə Müəllif Hüquqları Agentliyi beynəlxalq şöbəsinin əməkdaşı Anar Hüseynov bildirib.
Ətraflı...
Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi: «Jurnalistlər peşəkar fəaliyyətə görə həbs olunmamalıdır»Azərbaycanda Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek hakimiyyəti həbsxanalarda cəza çəkən üç jurnalisti azad etməyə çağırıb. «Jurnalistlər peşəkar fəaliyyətə görə həbs olunmamalıdır», - deyə Veronika Kotek çərşənbə axşamı jurnalistlərə bildirib.
Ətraflı...
Ali Məhkəmə «Azadlıq» qəzetinin məhkum edilmiş baş redaktorunun şikayətini rədd edibÖtən gün Ali Məhkəmənin hakimi İlham Cəfərovun sədrliyi ilə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin Bakı Apelyasiya Məhkəməsinin qərarına qarşı kassasiya şikayətinə baxılıb. Day.az xəbər verir ki, məlumat jurnalistin vəkilindən daxil olub.
Ətraflı...
«Azadlıq Radiosu»nun rus xidmətinin baş redaktoru xəstəxanaya düşüb«Azadlıq Radiosu»nun rus xidmətinin baş redaktoru Pyotr Vayl Praqa xəstəxanalarının birinə yerləşdirilib. Məlumatı «Exo Moskvı» radiostansiyası yayıb.


Ətraflı...
İraqda ABŞ jurnalistini girov götürənlər həbs olunubBazar ertəsi CNN telekanalının yaydığı məlumata görə, Amerika hərbçiləri İraqda 2006-cı ildə amerikalı jurnalisti Cıll Kerrorlun oğurlanmasında şübhəli bilinən «Əl-Qaidə»nin iki döyüşçüsünü həbs ediblər.
Ətraflı...
Pekin Olimpiadasının yayımı ABŞ-da rekord auditoriyanı toplayıbReuters agentliyi Nielsen Media Research şirkətinin tədqiqatlarına istinadən Pekin Olimpiadasının ABŞ-da rekord televiziya göstəricilərinə səbəb olduğunu bildirir.

Ətraflı...
Xilasedicilər Novosibirsk jurnalistini Altay dağlarında tapa bilməyibBazar ertəsi «İnterfaks» agentliyi Altay dağlarında itkin düşmüş Novosibirsk jurnalisti Yuri Quselnikovun axtarışının bir nəticə vermədiyini xəbər verib. Rusiya Federasiyası Fövqəladə hallar Xidmətinin Altay respublikası üzrə Baş İdarəsinin mətbuat-xidmətinin rəhbəri Svetlana Lyaşko «İnsanın itə biləcəyi Ak-Kem çayı yanındakı cığırda axtarışlar aparılıb. İnsanlar Yurinin gedə biləcəyi marşrutla hərəkət edib, lakin heç nə tapmayıblar», - deyə bəyan edib. İndi jurnalistin axtarışı ilə milis məşğul olacaq.
Ətraflı...
ABŞ-ın İraqdakı ordusu Associated Press operatorunu azad edibİyunun 4-dən Amerika hərbçilərinin ittiham irəli sürmədən İraqda həbsdə saxladıqları Associated Press agentliyinin operatoru şənbə günü azadlığa buraxılıb.
Ətraflı...
Somalidə iki xarici jurnalist oğurlanıbSomalinin paytaxtı Moqadişu şəhərinin yaxınlığında iki xarici jurnalist oğurlanıb. Silahlı şəxslər Kanada jurnalisti və onun avstraliyalı həmkarını tutaraq naməlum istiqamətdə aparıblar. AFP-in məlumatına görə, bu informasiyanı Somali polisləri də təsdiqləyib.

Ətraflı...
KİV və prezident seçkiləri: monitorinqin nəticələrinə dair ilkin hesabatAvqustun 1-də başlanan monitorinqin məqsədi kütləvi informasiya vasitələrində seçki kampaniyasının işıqlandırılmasında yardım göstərmək və bütün siyasi qüvvələrin bərabər çıxışını təmin etməkdir. Avropa Şurasının tövsiyyəsinə görə, KİV seçki kampaniyalarını tarazlaşdırılmış şəkildə, ədalətli və dəqiq işıqlandırmalıdır. Oktyabrın 15-dək davam edəcək monitorinq 7 milli telekanal və 8 qəzet üzərində aparılacaq, hər 15 gündən bir isə hesablar təqdim olunacaq. Monitorinq informasiya materialları və siyasi reklamın telekanallarda efir vaxtının, qəzetlərdə isə sayının və sahəsinin hesablanmasını, həmçinin bütün KİV-də obyektivlik, balansın qorunması və s. bu kimi meyarlara əməl edilməsinə diqqət yetirməyi nəzərdə tutur. Qeyd edək ki, monitorinqin yekün nəticələri prezident seçkilərindən sonra elan ediləcək.
Ətraflı...
← Geri    1 2 3 4    İrəli →