|
|
|
 «Ferqana.Ru» informasiya agentliyi çərşənbə axşamı Qırğızıstanda «Alibi» müxalifət qəzetinin növbəti sayının tirajının həbs edildiyini bildirir. Həbsə qəzetin ölkə prezidentinin bacısı oğlu Kurmanbek Bakiyevin xeyrinə bir milyon som (28 min ABŞ dolları) məbləğində cərimənin ödənilməməsi səbəb olub. Nəşrin əməkdaşlarının sözlərinə görə, redaksiya məbləği ödəməkdən imtina etmir, sadəcə üç aylıq möhlət istəyir. |
 «İnterfaks» agentliyi «Exo Moskvı» radiostansiyasına istinadən Gürcüstanda RTVi rusdilli telekanalının yayımının bərpa edildiyini xəbər verir. Radiostansiya Gürcüstan Kabel Televiziyaları Birliyindən RTVi-nin avqustun 22-də saat 15:00 efirə çıxacağı haqqında bildiriş alıb. |
 CNN telekanalı Demokratik partiyanın rəhbərliyindəki mənbələrinə istinadən Ağ Ev uğrunda Barak Obamanın ortağının senator Co Baydenin olacağını xəbər verir. |
 Cümə günü «İnterfaks» agentliyi Novosibirsk jurnalistinin məzuniyyət zamanı Altayda itkin düşdüyünü xəbər verir. İyulun 30-da spanieli ilə birgə dağlara yollanan 52 yaşlı Yuri Quselnikov avqustun 13-də işə qayıtmalıymış. Lakin nə həmin gün, nə də sonra jurnalistin ortaya çıxmadığını görən milisionerlər və xilasedicilər onun axtarışına başlayıb. |
 İraqda amerikalı hərbçiləri üç həftə ittihamnamə irəli sürmədən saxladıqları Britaniyanın Reuters agentliyinin teleoperatoru Əli əl-Məşhadənini azad ediblər. Məlumatı agentlik yayıb. |
 Gələn həftədən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Beynəlxalq Söz Azadlığı Assosasiyasının (İFEX) maliyyə dəstəyi ilə jurnalistlərə xüsusi fərqləndirici gödəkcələr paylayacaq. «Turan»ın məlumatına görə, gödəkcələrin ön və arxa hissəsində «PRESS» nişanı əks olunub. |
 Azərbaycanın Mətbuat Şurası üç məhbus jurnalistin prezident tərəfindən əfv olunacağına ümid edir. «İyul ayında biz jurnalistlərin əfvi ilə bağlı prezident İlham Əliyevə müraciət etdik. Bu məraciət qüvvədir və hələ də gündəlikdədir. Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclasında bu məsələ yenidən müzakirəyə çıxarılacaq və biz məhbusların tezliklə azad olunacağına ümid edirik, - deyə, Trend News agentliyinə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. |
 Azərbaycan prezidentliyinə namitzədlərin ödənişsiz təbliğatı aparacaq kütləvi informasiya vasitələrinin siyahısı müəyyənləşib. APA-ya MSK-ın mətbuat xidmətindən bildiriblər ki, ödənişsiz təşviqat kampaniyasını İctimai Televiziya, «Azərbaycan», «Xalq qəzeti», «Respublika» və «Bakinski raboçiy» qəzetləri həyata keçirəcək. |
 Associated Press agentliyi ABŞ prezidentliyinə namizədlərin sentyabrın 11-də bir günlük efirdən qarşılıqlı hücumları əks etdirək reklam çarxlarının efirdən çıxaracaqlarını bildirir. Respublikaçıların namizədi Con Makkeyn sentyabrın 11-də televiziya efirində ümumiyytlə seçkiqabağı kampaniyasına dair reklam çarxlarının olmayacağını bəyan edib «Bu, siyasət günü deyil», - deyə, Makkeyn vurğulayıb. |
 Gürcüstanı rusdilli KİV-dən senzuranı götürməyə çağıran Jurnalistlərin Beynəlxalq Federasiyası Cənubi Osetiyadakı hadisələrin sərbəst işıqlandırılması üçün imkanlar yaratmaq xahişi ilə münaqişə tərəflərinə müraciət etmişdir. RİA Novosti müvafiq bəyanatın çərşənbə günü Jurnalistlərin Beynəlxalq Federasiyasının baş katibi Aydan Uaytın açıqladığını xəbər verir. |
 Best Life jurnalının rus versiyasının birinci sayı sentyabrın 2-də çıxacaq. Bu haqda məlumat nəşrin məxsus olduğu Independent Media Sanoma Magazines şirkətinin saytında yerləşdirilib. Nəşr evi yeni jurnalı «həyatdan zövq alan imkanlı və nüfuzlu kişilərin bələdçisi» kimi təqdim edir. Bununla belə, məlumata görə, Best Life «kişilərin ailə, sağlamlıq və karyeraya yönəlmiş yeganə jurnalıdır». |
 Day.az saytı avqustun 18-də saat 18:00-dan etibarən KATV və B&B TV kabel operatorlarının xidmətlərindən istifadə edən Azərbaycan sakinlərinin CNN telekanalını seyr etmək imkanından məhrum edildiyini bildirir. |
 Bazar günü «Exo Moskvı» radiostansiyası Gürcüstan hakimiyyətinin RTVi telekanalının yayımının dayandırılması haqqında qərar çıxardığını bildirib. |
 Televiziya əvvəlki kimi ABŞ sakinləri üçün xəbər mənbəsi olaraq qalır. AP-in məlumatına görə, bunu Pew Research Center-in bazar günü dərc etdiyi tədqiqat nəticələri göstərir. |
 Ötən gün gürcüstanın Qori şəhərində Azərbaycanın ANS telekanalının çəkiliş qrupu və onlarla jurnalist atəşə tululub. Bunu Day.az ANS TV-yə istinadən xəbər verir. Qoridə olan ANS-in müxbiri Nadir Almasoğlunun sözlərinə görə, şəhərin girişində duran Rüsiya hərbçiləri onları Qoriyə buraxmayıblar. |
|
|
|