Britaniyanın internet reklamı teleefir reklamını geridə qoyub Britaniyanın İnternet reklamı 2007-ci ildə bazarın 19%-i ələ keçirərək həcmə görə teleefir reklamını geridə qoyub. Ofqom telekommunikasiya tənzimləyici orqanın məlumatına görə, ötən il böyük Britaniyada onlayn reklamına dair xərclər 40% yüksələrək 2,8 milyard funt sterlinqə çatıb.


Ətraflı...
Qərb jurnalistlərinə dağıdılmış Tsinvalini göstəriblər Rusiya hakimiyyəti çərşənbə günü Qərb jurnalistlərindən ibarət qrupun Tsinvaliyə səfərini təşkil ediblər. Qrupun tərkibində olan Britaniyanın The Guardian qəzetinin müxbiri Tom Parfitin sözlərinə görə, jurnalistlər öz gözlərilə Gürcüstan artilleriya tərəfindən dağıdılmış şəhər və ətraf əraziləri görüb, bu müddət ərzində zirzəmilərdə ac və susuz qalan sakinlərlə söhbət ediblər.

Ətraflı...
The Times Medvedyevdə Rusiya prezidentini tanımayıbBritaniyanın The Times nəşrinin beynəlxalq icmalçısı Dmitri Medvedyevi Vladimir Putinin «əlaltısı» adlandırıb. Yazı müəllifinin fikrincə, son beş gün Rusiyanın əslində kim tərəfindən idarə olunması sualına cavab verib.

Ətraflı...
Rusiya Ekstremal Jurnalistika Mərkəzinin rəhbəri: «Rusiya hərbçiləri Gürcüstanda Türkiyə jurnalistlərini döyüblər»Ötən gün Rusiya hərbçilərinin Gürcüstanda Türkiyə jurnalistlərini döyüblər. «Day.az» saytı «Azadlıq» radiosuna istinadən xəbərin hazırda Gürcüstanda olan Rusiya Ekstremal Jurnalistika Mərkəzinin rəhbəri Oleq Panfilovdan gəldiyini bildirir.

Ətraflı...
Azərbaycanın Masallı rayonunda «Tarixi-nadir» kitabının nümunəsi aşkar edilibMasallı rayonu Ərkivan kəndinin sakinində «O olmasın, bu olsun» filmində Məşədi İbadın istinad etdiyi «Tarixi-Nadir» kitabının nüsxəsi aşkar edilib.

Ətraflı...
Gürcüstanda Hollandiyanın RTL telekanalının operatoru həlak olubGürcüstanda atəş altına düşən Hollandiyanın RTL telekanalının operatoru həlak olub. Bu haqda telekanalın saytında yerləşdirilmiş məlumatda bildirilir.



Ətraflı...
Tsinvalidə yaralanmış amerikalı jurnalist çıxıbAmerikanın Tbilisidəki səfirliyi Tsinval regionunda gedən hərbi əməliyyatlar zamanı yaralanmış ABŞ vətəndaşının jurnalist Uinston Fezerli olduğunu dəqiqləşdirib. Qeyd edək ki, məlumatı «Novosti-Qruziya» informasiya agentliyi yayıb.

Ətraflı...
Gürcüstanda itkin itmiş iki rusiyalı jurnalist tapılıb «Ekspert-Online» saytı avqustun 10-da Gürcüstanda itkin düşmüş «Ekspert» jurnalının fotoqrafı Vyaçeslav Koçetkov və «Russkiy reportyor» jurnalının müxbiri İqor Naydyonovun tapıldığını xəbər verir.

Ətraflı...
Tsinvalidə türk jurnalisti yaralanıbQazeta.ru avqustun 10-da Tsinvalidə Türkiyə jurnalistinin yaralandığını xəbər verir. İstanbuldan olan 33 yaşlı Quray irvin Sekints mina partlayışından zərər çəkib. Yaralıya ilk tibbi yardım Cənubi Osetiyanın həkimləri tərəfindən göstərildikdən sonra o, özünü Şimali Osetiyaya çatdıraraq klinik xəstəxanaya müraciət edib.

Ətraflı...
Cənubi Osetiyada iki jurnalist həlak olubGürcüstan-Osetiya münaqişəsi zonasında jurnalistlər Aleksandr Klimçuk və Qriqol Çixladze həlak olub. «Russkiy Newsweek» jurnalının müxbiri Orxan Camalın «Exo Moskvı» radiostansiyasının efirində dediklərinə əsasən, jurnalistlər Cənubi Osetiyaya Gürcüstan ordusu ilə daxil olmuşlar.

Ətraflı...
«Amerikanın səsi» gürcü dilində yayım həcmini artırıb «İnterfaks» xəbər verir ki, «Amerikanın səsi» radiosu gürcü dilində yayım həcmini artırır.



Ətraflı...
Gürcüstan Rusiya telekanallarının yayımını dayandırırAvqustun 9-dan Gürcüstan ərazisində bütün Rusiya telekanallarının yayımını dayandırır. «Vesti» telekanalının cümə günü axşam yaydığı məlumata görə, qərar Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomayanın sözlərinə görə, son günlər Rusiya KİV-in Gürcüstana qarşı apardıqları «informasiya müharibəsi»nə cavab olaraq çıxarılıb.

Ətraflı...
Ağ Evin mətbuat xidməti Pekinihava limanının VİP terminalına buraxılmayıbABŞ prezidenti Corc Buşu Pekin Olimpiadasına müşayiət edən mətbuat xidməti üç saat ərzində hava limanının gömrükxanasında saxlanılıb. Bu haqda cümə günü Associated Press agentliyi xəbər verir.

Ətraflı...
Əl-Cəzirə kanalı İsraildən üzrə istəyibHaaretz qəzeti «Əl-Cəzirə» telekanalının Livan döyüşçüsü Samir Kuntar haqqında verilişə görə İsraildən üzr istədiyini xəbər verir.

Ətraflı...
KİV-də seçkiqabağı kampaniyanın işıqlandırılması amerikalıları qane etmirCNN saytı amerikalıların əksəriyyətinin ABŞ prezidentliyə namizədlərin seçkiqabağı kampaniyasının kütləvi informasiya vasitələri tərəfindən qeyri-bərabər şəkildə işıqlandırılması qənaətində olduqlarını yazır.

Ətraflı...
← Geri    1 2 3 4    İrəli →