MÜŞAHİDƏ MİSSİYASININ RƏHBƏRİ İCTİMAİ TELEVİZİYADA OLUBATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda prezident seçkisinin gedişini izləyəcək missiyasının rəhbəri, səfir Boris Frlets və missiyanın media üzrə təhlilçisi Rasto Kuzel ötən gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovla görüşüb.
Ətraflı...
İraqda «Əl-Şarkiya» telekanalının çəkiliş qrupu öldürülübİraqda «Əl-Şarkiya» telekanalının çəkiliş qrupu qətlə yetirilib. İraqın «Əl-Şarkiya» telekanalının dörd əməkdaşı ölkənin şimalındakı Mosul şəhərində silahlanmış şəxslər tərəfindən oğurlanaraq qətlə yetirilib. Bu haqda France Presse agentliyi xəbər verir.
Ətraflı...
«THE TELEGRAPH»: RUSİYANIN XARİCİ İŞLƏR NAZİRİ BRİTANİYANIN XARİCİ İŞLƏR NAZİRİNİN ANASINA SÖYÜBBritaniyanın «The Telegraph» qəzeti yazır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov britaniyalı həmkarı Devid Milibendlə telefon danışığında nalayiq ifadələr işlədib.
Ətraflı...
«Şimali Qafqaz müsəlmanları "2x2" telekanalının bağlanmasını tələb ediblərİnterfaks» agentliyi xəbər verir ki, Şimali Qafqaz müsəlmanlarının koordinasiya mərkəzi Rusiya Federasiyasının Baş Prokurorluğuna "2x2" telekanalının dərhal bağlanması xahişi ilə müraciət ediblər.
Ətraflı...
Latın Amerikasının ən varlı adamı The New York Times qəzetinə maliyyə vəsaiti qoyubDünyada Uorren Baffetdən sonra ən varlı adam sayılan Meksika milyarderi Karlos Slim The New York Times gündəlik qəzetin naşiri The New York Company şirkətinin səhmlərinin 6,4%-ni alıb. Bunu BBC News xəbər verir.
Ətraflı...
Millət vəkili AzTV dövlət telekanalını məhkəməyə veribBakının Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə millət vəkili Bəxtiyar Əliyevin Baş Dövlət Yol Polisi İdarəsi və AzTV telekanalına qarşı iddiasına baxılır. Bunu Day.az saytı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən bildirir.
Ətraflı...
Qırğızıstanda müxalifət jurnalisti həbs olunubSentyabrın 9-da axşam «Alibi» qəzetinin (indi «Açıq siyasət» adı ilə çıxır) baş redaktoru olmuş müxalifət jurnalisti Babırbek Ceyenbekov saxlanılıb. Bu xəbəri "Central Asian News" informasiya agentliyi yayıb.
Ətraflı...
Rusiyanın Gürcüstandakı sülhməramlıları Polşa jurnalistlərini azad ediblərAvqustun 8-də Gürcüstan-Osetiya münaqişəsi zonasında Rusiya sülhməramlıları tərəfindən həbs edilən Polşanın TVP telekanalının iki jurnalisti azad olunub. Qeyd edək ki, məlumatı AFP agentliyi yayıb.
Ətraflı...
Bağdadda «Əl-Ərəbiyə» bürosunun şefinə qarşı sui-qəsd olubÇərşənbə günü AFP agentliyi «Əl-Ərəbiyə» telekanalının İraq bürosunun başçısına qarşı sui-qəsdin olduğunu xəbər verib.
Ətraflı...
The New York Post qəzeti Makkeyni dəstəkləyibThe New York Post nəşri ABŞ-da keçiriləcək prezident seçkilərində respublikaçı Con Makkeynin namizədliyini dəstəkləyib. Qəzetin 9 senyabr sayı bu seçimi izah edən uzun redaksiya sütunu ilə çıxıb.

Ətraflı...
Mirzə Sakit 14 saylı həbsxananın rəisini məhkəməyə verib«Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit 14 saylı islah-əmək müəssisəsinin rəisini məhkəməyə verib. Day.Az Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən məlumatın nəşrin baş direktoru Azər Əhmədovdan daxil olduğunu xəbər verir.


Ətraflı...
Cənubi Osetiya münaqişəsi zonasında Polşa televiziyasının çəkiliş qrupunu saxlayıblar«İnterfaks» sentyabrın 8-də Gürcüstan-Cənubi Osetiya münaqişəsi zonasında Rusiya sülhməramları tərəfindən iki Polşa jurnalistinin saxlanıldığını bildirir. Jurnalist Dariuş Boxatkeviç, və TVP telekanalının operatoru Marsin Vesolovski və gürcü sürücüsü Cənubi Osetiyanın paytaxtı Tsinvali və Gürcüstanın Qori şəhəri arasındakı karaleti kəndi yaxınlığında saxlanılıb. Polskie Radio hadisənin sülhməramlılara aid zonada baş verdiyini bildirib.
Ətraflı...
Rusiya jurnalistləri CNN telekanalını Cənubi Osetiyadan kadrları saxtalaşdırmaqda qınayıblarRİA Novosti xəbər verir ki, "Russia Today" telekanalının rusiyalı jurnalistləri ABŞ-ın CNN telekanalından olan həmkarlarını Cənubi Osetiyadakı hadisələrin işıqlandırılması zamanı kadrları saxtalaşdırmaqda qınayıblar.

Ətraflı...
NTV Maqomed Yevloyev haqqında süjetin nümayişini təxirə salıbNTV teleşirkəti Anton Xrekovun «Qlavnıy Qeroy» proqramı çərçivəsində Maqomed Yevloyev haqqında süjetin nümayişini təxirə salıb. Süjetin efirə nə vaxt gedəcəyi haqqında məlumat verilməsə də, «texniki səbəblər» göstərilir.
Ətraflı...
Respublikaçılar ekranlara rekord sayda tamaşaçı cəlb ediblərSentyabrın 1-4-də Minnesota ştatının Sent-Pol şəhərində keçirilmiş ABŞ-ın Respublikaçılar partiyasının seçkiqabağı qurultayını televizor vasitəsilə orta hesabla 34,5 milyon tamaşaçı izləyib. Associated Press agentliyinin Nielsen Media Research şirkətinin məlumatına istinadən yaydığı xəbərə görə, bu, televiziya tarixində siyasi partiyanın qurultayı üçün rekord göstəricidir. 25-28 avqust tarixində Kolorado ştatının Denver şəhərində keçən Demokratik partiyanın qurultayını isə orta hesabla 30,2 milyon tamaşaçı izləyib.
Ətraflı...
← Geri    1 2 3    İrəli →