CNN özgə xəbərlərin istifadəsindən imtina edəcəkDünyanın ən iri informasiya telekanallarından biri, CNN xəbərlərdə özgə materialları minimuma endirmək niyyətindədir. Bunu Financial Times Deutschland nəşrinə müsahibəsində İnternational xidmətinin icraçı direktoru Toni Meddoks bildirib.
Ətraflı...
MƏHƏMMƏD XATƏMİ TELEKANAL AÇIRİranın keçmiş prezidenti Məhəmməd Xatəmi tezliklə peyklə verilişlər yayacaq özəl telekanal açacağını bildirib. «Media forum» saytının məlumatına görə, jurnalistlərə açıqlamasında M.Xatəmi yeni telekanalın təsis edilməsini sivilizasiyalar arasındakı dialoqa yardım məqsədi ilə əlaqələndirib.
Ətraflı...
Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunurBu gün, 18 oktyabr tarixində Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur. XX əsrin sonunda Sovet İttifaqının süqutu ilə bağlı tarixi şans Azərbaycan xalqına ötən yüzillikdə ikinci dəfə müstəqillik bayrağını dalğalandırmağa imkan yaratdı. Bu, XX əsrdə xalqımızın siyasi tarixindəki ikinci parlaq qələbəsi idi.

Ətraflı...
The Washington Post Obamı dəstəkləyirThe Washington Post qəzeti qarşıdan gələn prezident seçkilərində demokrat Barak Obamanın namizədliyini dəstəkləyib. İllinoys ştatının senatoruna nəşrin 17 oktyabr buraxılışının redaksiya sütunu həsr edilib.
Ətraflı...
Çin xarici KİV-in fəaliyyətinə dair məhdudiyyətlərin bir hissəsini ləğv edibFrance Presse agentliyi cümə günü Çin hakimiyyətinin ölkədə xarici jurnalistlərin fəaliyyətinə dair bəzi məhdudiyyətlərin tam ləğvi haqqında bəyan etdiyini xəbər verir.
Ətraflı...
Texasda ABC teleşirkətinin «13-cü kanalı»na məxsus vertolyot qəzaya uğrayıbABŞ-ın Texas ştatında ABC teleşirkətinin «13-cü kanal» əməkdaşlarının olduğu vertolyot qəzaya uğrayıb. Teleşirkət nümayəndələrinin məlumatına görə, vertolyotun pilotu və telekanalın fotoqrafı hadisə yerində həlak olub.
Ətraflı...
Xakerlər Əl-Ərəbiyə telekanalının saytını dağıdıblarFrance Press agentliyi xakerlərin Əl-Ərəbiyə peyk telekanalının saytını dağıtdıqlarını xəbər verir. Güman edilir ki, mənbə şiə qruplaşmaları tərəfindən məhv edilib. Lakin məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Ətraflı...
Özbəkistanda jurnalisti 10 il müddətinə azadlıqdan məhrum etdilərÖzbəkistanın Taxtapur Rayon Məhkəməsi oktyabrın 10-da jurnalist və hüquq müdafiəçisi Salidjon Əbdürrəhmanova 10 il azadlıqdan məhrumetmə cəzası kəsib. Əbdürrəhmanov narkotik maddə alverində günahkar bilinib. Jurnalist iyun ayında Nukusa şəhərində həbs olunub. Polisin versiyasına görə, onun avtomobilindən marixuana və opium dolu paket tapılıb.
Ətraflı...
Avropa Məhkəməsi Azərbaycanın İctimai Televiziyasını cərimə edibAzərbaycanın İctimai Televiziyası Junior Eurovision – 2008 müsabiqəsində iştirakdan imtina etdiyinə görə Avropa Yayım İttifaqına cərimə ödəyib. Bunu APA agentliyinə İTV-ın musiqi, bədii və əyləncə verilişləri departamentinin müdiri Fizuli İsmayılov deyib.

Ətraflı...
Livanda iki amerikalı jurnalist itkin düşübLivanın «Naharnet» İnternet-nəşri ölkə ərazisində iki amerikalı jurnalistin itkin düşdüyünü bildirir. İlkin məlumata görə, jurnalistlər İordaniyanın The Jordan Times şirkəti üçün çalışıb.

Ətraflı...
«Azadlıq» qəzeti jurnalistinin həyat yoldaşı: «Ərimə qarşı təxribat hazırlanır»Müalicə müəssisəsində olan «azadlıq» qəzetinin məhküm edilmiş jurnalisti Mirzə Sakitə qarşı təxribat hazırlanır. Bunu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən Day.Az saytı xəbər verir.
Ətraflı...
Teleaparıcı BBC-ni kral ailəsinə «yaltaqlıqda» günahlandırıbBBC-in məşhur aparıcısı korporasiyanı Britaniya kral ailəsinə «yaltaqlıqda» günahlandırıb. Qeyd edək ki, məlumatı AFP agentliyi yayıb.
Ətraflı...
Misirdə prezidentin səhhəti haqqında məqalələrin müəllifi əfv edilibMisir prezidenti Hüsnü Mübarək səhhətinə dair şaiyələrin dərcinə görə iki ay müddətinə azadlıqdan məhrum edilmiş Əl-Dustour qəzetinin baş redaktoru İbrahim Eysi əfv edib. Bu haqda AFP MENA agentliyinə istinadən xəbər verir.
Ətraflı...
Tacikistanda BBC jurnalistinin qatilinə hökm oxunubTacikistanın Ali Məhkəməsi Britaniyanın BBC teleradio şirkətinin fars xidmətinin başçısı Muhiddin Olimpurun qatili Nasrulla Şarifov barəsində hökm çıxarıb. «İnterfaks» agentliyinin məlumatına əsasən, Şarifov «qətl», «qanunsız hərbi birləşmənin yaradılması» və «terrorçuluq» maddələri ilə təqsirli bilinərək, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Ətraflı...
The New Yorker jurnalı Obamanı dəstəkləyibAmerikanın The New Yorker jurnalı Demokrat partiyasının namizədi, Barak Obamanı dəstəkləyəcəyini bəyan edib. «Seçim» başlığı ilə jurnalın 13 oktyabr sayında çıxacaq redaksiya məqaləsi artıq nəşri saytında yerləşdirilib.
Ətraflı...
← Geri    1 2 3    İrəli →