Danimarkalı rəssam müsəlmanların yeni karikaturalarını çəkib2006-cı ildə Məhəmməd Peyğəmbərin karikaturaları ilə məşhurlaşmış danimarkalı rəssam Kurt Vesterqaard, qalmaqallı mövzunun davamı olan kitaba yeni şəkillər verib. Məlumatı bazar ertəsi Danimarkanın Copenhagen Post nəşri yayıb.
Ətraflı...
Norveç XİN-i: «Azərbaycanda xarici radiostansiyaların bağlanması plüralist mətbuatın inkişafına ziddir»Norveç Xarici İşlər Nazirliyi Azərbaycanda BBC, «Azadlıq» və «Amerikanın səsi» xarici radiostansiyaların bağlanması planlarına dair bəyanatla çıxış edib. «Azadlıq» radiosuna istinadən Day.az saytı Novreç xarici siyasət idarəsinin xarici radiostansiyaların bağlanması ilə bağlı narahatlığı ifadə edən bütün bəyanatlarla həmrəy olduğunu bildirir.
Ətraflı...
Jurnalistlərin Qəza bölgəsinə girişini qadağa ediblərAssociated Press agentliyi İsrail hakimiyyətinin, jurnalistlərin Qəza bölgəsinə girişinə qadağa qoyduğunu xəbər verir. Bu müvəqqəti xarakter daşıyır və bir həftə ərzində qüvvədə olacaq, lakin artıq mətbuat azadlığının pozulduğunu hesab edən KİV, işçilərinin narazılığına səbəb olub.
Ətraflı...
Əfqanıstanda The New York Times qəzetinin jurnalisti oğurlanıbBazar ertəsi Əfqanıstanın Loqar əyalətində The New York Times qəzetinin jurnalisti və onun tərcüməçisi oğurlanıb. Məlumatı Əfqanıstanın Bahtar rəsmi agentliyinə istinadən RİA Novosti yayıb. China Daily isə jurnalist və tərcüməçi ilə barabər sürücünün də oğurlandığını xəbər verir. Nəşr oğurlanan şəxslərin tam adlarını açıqlamayan yerli administrasiyanın nümayəndəsi Məhəmməd Xalidə istinad edib.
Ətraflı...
Azərbaycanda Konstitusiya Günü qeyd olunurBu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur. 12 noyabr 1995-ci il tarixində parlamentə demokratik seçkilər keçirilmiş və həmçinin xalq referendumu yolu ilə müstəqil Azərbaycan dövlətinin Konstitusiyası qəbul olunmuşdur.
Ətraflı...
Bakıda «Telekommunikasiya və informasiya texnologiyaları» sərgisi keçirilirBakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində 14-cü Azərbaycan Beynəlxalq «Telekommunikasiya və informasiya texnologiyaları» sərgisi keçirilir. Britaniyanın İTE Group PLC və onun Qafqazdakı partnyoru İteca Caspian LLC şirkəti kimi sərgi təşkilatçılarının sözlərinə görə, «Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri informasiya cəmiyyətinin yaradılmasıdır».
Ətraflı...
Əfqanıstanda əsir götürülmüş jurnalist azadlığa buraxılıbBir ay əvvəl Əfqanıstanda girov götürülmüş Kanadanın CBC telekanalının jurnalisti şənbə günü azadlığa buraxılıb. Məlumatı yayan Reuters agentliyi Melissa Fanqın Kabildə Kanada kontingentinin hərbçilərinə təhvil verildiyini dəqiqləşdirir. Hazırda jurnalist Kanada səfirliyindədir.
Ətraflı...
Moskvada telestudiyanın baş direktoru saxlanılıbMoskvada vergilərdən yayınmaqda şübhəli bilinən telestudiyaların birinin baş direktoru saxlanılıb. «İnterfaks» agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirir ki, hadisə noyabrın 6-da paytaxtın mərkəzində yerləşən ofisdə baş verib.
Ətraflı...
Buşun skotç-teryeri jurnalistin barmağını dişləyibAssociated Press agentliyi ABŞ prezidenti Corc Buşun ailəsinə məxsus skotç-teryer Barninin cümə axşamı jurnalistin barmağını dişlədiyini xəbər verir. Reuters agentliyinin siyasi icmalçısı Con Dekker Ağ Evin əməkdaşının nəzarəti altında gəzən Barniyə rast gəlib və sığallamaq istəyib.
Ətraflı...
6 noyabr Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır Azərbaycanda ilk radionun fəaliyyətə başlamasından 82 il ötür. Bakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılıb, 1926-cı il noyabrın 6-da isə ilk dəfə radiosanstiya fəaliyyətə başlayıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayıldı.
Ətraflı...
Enn Dersi: «Azadlıq» radiosu Amerika-Azərbaycan münasibətlərinin tərkib hissəsidir»«Azadlıq» radiosuna istinadən Day.az bildirir ki. bu cür bəyanatla «İşdən sonra» proqramında ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi çıxış edib. Onun sözlərinə görə, son 15 ildə «Azadlıq» radiosunun Azərbaycanın inkişafına verdiyi tövhələr az deyil. ABŞ səfiri «Mən «Azadlıq» radiosunu Amerika-Azərbaycan münasibətlərinin tərkib hissəsi kimi dəyərləndirirəm», - deyə, qeyd edib.
Ətraflı...
Obamanın qələbəsini 65 milyon ABŞ tamaşaçısı izləyibÇərşənbə günü axşam Nielsen Media Research araşdırma şirkətinə istinadən AP agentliyi prezident seçkilərində səsvermə nəticələrinin hesablanması prosesini Amerika telekanallarının canlı efirində 65 milyon tamaşaçının izlədiyini bildirir.

Ətraflı...
Rusiya prezidenti senzuranı qadağan edibRusiya prezidenti Dmitri Medvedev dövlət aparatının əməkdaşlarını kütləvi informasiya vasitələrinin azadlığını təmin etməyə çağırıb. Bununla bağlı bəyanatı prezident «Vesti» telekanalının nümayiş etdirdiyi Federal yığıncağa ünvanladığı ilk məktubuna daxil edib.
Ətraflı...
«VƏTƏNDAŞ CƏMİYYƏTİ» JURNALI İCTİMAİYYƏTƏ TƏQDİM OLUNDUPrezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təsis etdiyi «Vətəndaş cəmiyyəti» jurnalının ilk sayı ötən gün ictimaiyyətə təqdim edilib. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin və jurnalın baş redaktoru, yazıçı Səfər Alışarlının keçirdiyi təqdimat mərasimində bildirilib ki, «Vətəndaş cəmiyyəti» elmi-nəzəri, metodoloji nəşrdir. Jurnalda məqalələr rəngarəng illüstrativ materiallarla müşayiət olunur.
Ətraflı...
Çin jurnalisti hökuməti məhkəməyə veribBank fırıldaqlarını ifşa edən Çin jurnalisti Kui Fan materiallarını yerləşdirən qəzetin bağlanmasına dair hakimiyyətin qərarının qeyri-qanuni olması iddiası ilə məhkəməyə müraciət edib. Məlumatı Associated Press agentliyi yayıb.
Ətraflı...
← Geri    1 2 3    İrəli →