
Yanvarın 20-də hüquq müdafiəçiləri ötən gün Moskvanın mərkəzində qətlə yetirilmiş vəkil Stanislav Markelovla jurnalist Anastiya Baburovanın xatirəsini yad etmək məqsədilə aksiya keçiriblər. «İnterfaks»ın məlumatına görə, hüquq-müdafiə təşkilatlarının nümayəndələri və sadə vətəndaşlar qətlin baş verdiyi Preçistinka küçəsinə gül, şam və öldürülən şəxslərin şəkillərini gətiriblər.