|
|
|
 Amerikanın The New York Times qəzeti və onun The International Herald Tribune beynəlxalq versiyası vahid mənbədə birləşib. The International Herald Tribune nəşrinin baş redaktoru Martin Qottlib oxuculara müraciətində deyib ki, qəzetlər səylərini The New York Times saytının bazasında fəaliyyət göstərən «gecə-gündüz xəbər resursunu» yaratmaq məqsədilə birləşdirmək qərarına gəliblər. |
 Hər il martın 31-də Azərbaycanda soyqırımı günü qeyd olunur. 1918-ci ilin mart ayında Stepan Şaumyanın rəhbərliyi ilə Bakıda hakimiyyəti ələ keçirmiş erməni daşnakları Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirmişlər. Baş vermiş cinayət nəticəsində Bakı, Şamaxı, Quba və Azərbaycanın digər regionlarında mart-aprel aylarında günahsız insanlar qətlə yetirilmiş, kəndlər yandırılmışdır. Həmin dövrdə qardaş Türkiyə Azərbaycana yardım əlini uzatmaqla əhalini ermənilərdən daşnaklarından xilas etmişdir. |
 Milli Təhlükəsizlik Nazirliyi 1918-ci ilin mart ayında Bakıda baş vermiş hadisələrə aid sənədləri ayrıca kitab şəklində buraxıb. Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin tərtib etdiyi “Bakı. Mart 1918-ci il. Azərbaycanda talanlar sənədlərin dili ilə” kitabı Birinci Dünya müharibəsinin əvvəlindən başlayaraq bütövlükdə Zaqafqaziya Cənubi Qafqazda müsəlman əhalisi və əmlakına münasibətdə törədilmiş zorakılıq, talan və qarət faktlarının təhqiq edilməsi üçün 1918-ci ilin iyul ayında Azərbaycan hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyası tərəfindən toplanmış sənədlərdən ibarətdir. |
 Martın 27-29-da Tbilisidə Avropa Əməkdaşlığı Fondunun layihəsi çərçivəsində münaqişəni işıqlandıran Ermənistan və Azərbaycan jurnalistləri üçün seminar keçirilib. |
 CNN telekanalı 30 illik tarixində ilk dəfədir ki, praym-taymda göstərilən verilişlərin reytinqində üçüncü yerə düşüb. Məlumatı yayan Associated Press agentliyi mart ayının nəticələrinə görə Fox News və MSNBC-in CNN-i geridə qoyduğunu bildirir. |
 Nyu-Yorkda fəaliyyət göstərən «Radio Türküm» radiokanalı hər şənbə və bazar günləri saat 11.00-dan-13.00-dək Azərbaycan dilində müxtəlif mövzulara dair verilişlər yayımlayacaq. |
 Amerikanın Los Angeles Times və Chicago Tribune qəzetləri xaricdəki müxbir məntəqələrini bir şəbəkədə birləşdirmək qərarına gəliblər. Məlumatı yayan AFP buna səbəb kimi nəşrlərin böhrana qarşı menecmenti tərəfindən keçirilən xərclərin ixtisarı proqramını gətirir. Xatırladaq ki, 2008-ci ilin dekabrında hər iki qəzetin məxsus olduğu Tribune nəşr evi müflisliyi haqqında elan etmişdir. |
 AFP xəbər verir ki, Amerikanın New York Times və Washington Post qəzetləri xərclərin azalmasına yönəlmiş yeni tədbirlər haqqında bəyan ediblər. New York Times və Boston Globe nəşrlərinin məxsus olduğu Times Co şirkəti məzuniyyət müddətinin 10 gün uzadılması şərtilə əməkdaşların əmək haqqlarını 6 faiz azaltmaq niyyətindədir. Əmək haqqı ən azı 2009-cu ilin sonunadək azaldılacaq. Bundan əlavə, New York Times qəzetinin 100 əməkdaşı işdən çıxarılacaq. |
 «Elmar Hüseynovun qətlinin açılması istiqamətdə aparılan operativ-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri davam edir. Bu proses bir saniyə də olsun dayandırılmayıb». Bunu APA-ya Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev bəyan edib. |
 Son iki il yarım ərzində Rusiya höküməti ABŞ və Avropa PR-agentliklərinin xidmətlərinə 10 milyon dollar sərf edib. Məlumatı The New Times jurnalı yayıb. |
 «Novosti-Azərbaydan» Daxili İşlər Nazirliyinə istinadən Azərbaycanda reketə görə «Qanun və həqiqət» qəzetinin əməkdaşlarının saxlanıldığını bildirir. |
 Bu gündən Azərbaycanın media məkanında yeni portal fəaliyyətə başlayıb: www.vesti.az. |
 Martın 12-də «Sərhədsiz reportyorlar» təşkilatı «internet düşmənlərinin» illik hesabatını dərc edib. Siyahıya 12 dövlət: Birma (Myanma), Vyetnam, Misir, İran, Çin, Kuba, Səudiyyə Ərəbistanı, Şimali Koreya, Suriya, Tunis, Türkmənistan və Özbəkistan daxil edilib. |
 ABŞ-ın 43-cü prezidenti Corc Buşa ayaqqabı atan iraqlı jurnalist, Misirin “Əl-Bağdadiyə” telekanalının müxbiri Müntəzir Zeydi 3 il müddətinə azadlıqdan məhrum edilib. |
 Mətbuat Şurasının monitorinq qrupu ABŞ səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən «Mətbuatda peşə etikası norma və qanunlarının gözlənilməsi» layihəsi çərçivəsində KİV rəhbərləri ilə görüşür. Ötən bir ayda «Bizim yol», «Kaspi», «Mövqe», «Palitra», «Azərbaycan», «Ədalət», «Xalq cəbhəsi», «İki sahil», «Bakı xəbər», «Hürriyyət» və başqa qəzetlərin redaktorlarıyla görüşlər keçirilib. |
|
|
|