ABŞ-ın səfiri referendumla bağlı müstəqil KİV-rin xüsusi rolunu qeyd edirAzərbaycan Respublikasının Konstitusiyasına istənilən dəyişiklər yalnız Azərbaycan xalqının iradəsilə qəbul oluna bilər. Day.az saytının məlumatına görə, bunu cümə axşamı jurnalistlərə ABŞ-ın ölkəmizdəki səfiri Enn Dersi bəyan edib.



Ətraflı...
“ATV NTERNATİONAL” kanalı fəaliyyətə öz binasında başlayacaq “ATV İnternational” telekanalı üçün dəmir konstruksiyalı üçmərtəbəli bina qurulacaq. Kanal bundan sonra fəaliyyətə başlayacaq. Yeni binanı iki-üç aya qurmaq planlaşdırılıb. Bunu “Media forum” saytına “Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin vitse-prezidenti Natiq İbrahimov deyib.

Ətraflı...
Azərbaycanda iki qəzetin baş redaktorları dələduzluğa görə həbs olunubMartın 11-də Regnum informasiya agentliyi Bakıda dələduzluğa görə iki qəzetin baş redaktorlarının saxlanıldığını xəbər verir. «Dövlət qanunları» və «Respublika qanunları» qəzetlərinin baş redaktorları Nazim Quliyev və Zəmanət Əzimova qarşı «hədə-qorxu yolu ilə tələb etmə» maddəsilə cinayət işi açılıb.



Ətraflı...
Associated Press Obamanın portretinin müəllifini məhkəməyə veribAssociated Press Barak Obamanın şəklinin qeyri-qanuni istifadəsinə görə günahlandırdığı rəssam Şepard Feyri barəsində Manhetten məhkəməsinə qarşılıqlı iddia verdiyini bildirir.

Ətraflı...
Mehriban Əliyevanın hazırladığı amnistiya aktı martın 17-də müzakirəyə çıxarılacaqHeydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın Milli Məclisə təqdim etdiyi “Amnistiya aktı haqqında” qanun layihəsi martın 17-də parlamentin müzakirəsinə çıxarılacaq. Bunu “Media forum” saytına Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

Ətraflı...
«Sərhədsiz reportyorlar» internetdə söz azadlığı Günü keçirəcəkRİA Novosti «Sərhədsiz reportyorlar» beynəlxalq təşkilatının«İnternetdə söz azadlığı günü» keçirmək haqqında qərar verdiyini bildirir. Aksiya təşkilatçıları ictimaiyyətin diqqətini dünyanın bir sıra ölkələrində sərt şəbəkə senzurasının olmasına cəlb etmək istəyirlər. «İnternetdə söz azadlığı Günü» martın 12-də keçiriləcək.
Ətraflı...
Qazaxıstan jurnalistləri dinməz piket keçiriblər«İnterfaks» agentliyi Alma-Atada jurnalistlərin şəhər məhkəməsinin binası qarşısında piket keçirdiyini xəbər verir. Müxtəlif nəşrlərin jurnalistləri «Tasjarqan» qəzetinin parlamentin deputatı Romin Madinovun xeyrinə 30 milyon tenqe (200 min ABŞ dolları) cərimələnməsinə qarşı etiraz ediblər. Müxalifət qəzetində «latifundist» adlandırılan deputat şərəf və ləyaqətinə yetirilmiş ziyanın ödənilməsini tələb edib.

Ətraflı...
The New York Times şirkətinin sahibi ofisinin bir hissəsini satıbThe New York Times və 16 nəşrin məxsus olduğu The New York Times Company (NYTC) ofis binasının bir hissəsini satıb. Məlumatı The New York Times qəzeti yayıb. Satdığı binanı icarəyə götürən şirkət borcların ödənilməsinə nəzərdə tutduğu 225 milyon dolları əldə edə bilib.

Ətraflı...
Miami Herald qəzetinin naşiri 1,6 min əməkdaşı işdən çıxarıbMiami Herald və bir sıra nəşrlərin sahibi McClatchy Co. şirkəti 1.6 min əməkdaşının ixtisara düşməsi haqqında bəyan edib. Məlumatı yayan AFP agentliyinin məlumatına görə, buna səbəb qeyri-sabit maliyyə vəziyyəti və reklam gəlirlərinin aşağı düşməsidir.
Ətraflı...
Qırğızıstanda «OşTV» teleşirkətinin baş operatoru döyülüb«Ferqana.ru! saytı bazar günü Qırğızıstanda «OşTV» teleradio şirkətinin baş operatorunun döyüldüyünü xəbər verib. Hadisə martın 7-də Oş şəhərində baş verib. Saat 21:00-da Zaynabiddinov küçəsində baş verən hadisə zamanı beyin sarsıntısı və çoxsaylı zədələr almış jurnalist Oş şəhər xəstəxanasının travmatologiya şöbəsinə çatıdırılıb.
Ətraflı...
Məhkəməyə «Bizim yol» qəzeti əməkdaşının cəzadan azad olunması müraciəti göndərilibVəkil İsaxan Aşurov «Bizim yol» qəzetinin əməkdaşı Müşviq Hüseynovun xəstəliyi ilə bağlı cəzadan azad olunması xahişilə Əzizbəyov rayon məhkəməsinə müraciət edib. Bunu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadə Day.az saytı xəbər verir.

Ətraflı...
Türkiyə Azərbaycanın maraqlarına zidd siyasət yürütməyəcəkTürkiyənin baş naziri Rəcəb Tayıp Ərdoğan «24» kanalına müsahibəsində Ankaranın heç vaxt Azərbaycanın maraqlarına zidd siyasət yürütməyəcəyini bəyan edib. Məlumatı Türkiyənin Azərbaycandakı səfirliyi yayıb.

Ətraflı...
Ali təhsili olmayan şəxslər və əcnəbilər qəzet redaktoru ola bilməyəcəkAzərbaycan qanunvericiliyinə edilən dəyişikliklərə əsasən ali təhsili olmayan şəxslər və əcnəbilər kütləvi informasiya vasitələrində redaktor vəzifəsində çalışa bilməz. Martın 6-da Milli Məclisin iclasında «Kütləvi informasiya haqqında» Qanunun 19-cu maddəsinə əlavə və dəyişikliklər edilmişdir.

Ətraflı...
Türkiyə jurnalisti dövlət çevrilişini hazırladığına görə həbs edilibTürkiyədə dövlət çevrilişini hazırlamaqda şübhəli bilinən Cumhuriyet qəzetinin jurnalisti Mustafa Balbay həbs edilib. Məlumatı AFP agentliyi yayıb. 2008-ci ilin iyul ayında jurnalist bu işlə bağlı həbs olunsa da, dindirilmədən sonra azadlığa buraxılmışdır. O vaxt Balbayla birlikdə daha 24 nəfər saxlanılmışdır. Lakin Balbay qəti surətdə sui-qəsdçilərlə əlaqəsini inkar edir.
Ətraflı...
Tacikistanda Rusiya telekanalının yayımı bərpa olunacaq«Aziya-Plyus» informasiya agentliyi Tacikistanda Rusiyanın «RTR-Planeta» telekanalının yayımının bərpa olunacağını xəbər verir. Agentliyin məlumatına əsasən, Rusiya tərəfi texniki xidmətlərin tariflərinin artımı ilə bağlı Tacikistanın «Teleradiokom» şirkətinin şərtləri ilə razılaşıb. Bir müddət əvvəl «RTR-Planeta» kanalının yayımı məhz bu məsələ ilə bağlı fikir ayrılığına görə dayandırılmışdır.
Ətraflı...
← Geri    1 2 3    İrəli →