|
|
|
 Rusiyanın Novolipetsk metallurq kombinatının sahibi, Rusiyanın ən varlı adamlarından hesab olunan Vladimir Lisin özündə Business FM və BFM. Ru portalını birləşdirən "Obyedinennıye media " holdinqini əldə etmək barədə razılığa gəlib. |
 - Umud müəllim, siz Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri olmaqla yanaşı, KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədrisiniz. Müşahidə Şurasına sədr seçildiyiniz gündən bu günə kimi Şuranın gördüyü işlər və gələcək planları barəsində nə deyə bilərsiniz? - Müşahidə Şurası yeni yaranmış strukturdur. Müəyyən sənədlərin hazırlanması ilə bağlı iş aparılır. Çox güman ki, bu ayın sonunda görülən işlərlə bağlı bizim ümumi hesabatımız olacaq. Müəyyən məsələlər var ki, gərək onlar öz həllini tapsın. |
 İyunun 15-də İsrail məhkəməsi Fələstin mənşəli iki jurnalisti 2009-cu ilin yanvarında "Tökmə qurğuşun" əməliyyatından əvvəl İsrail qoşunlarının Qəzzə sərhədi yaxınlığında yerdəyişməsi barədə yaydıqları informasiyaya görə 2 aylıq həbs cəzasına məhkum edib. Bu barədə Reuters agentliyi xəbər yayıb. |
 Rusiya Nəzarət Komitəsinin Dağıstan İdarəsi Dağıstanın Ali Məhkəməsinə "Çernovik" qəzetinin bağlanması tələbi ilə iddia irəli sürüb. Bu barədə qeyri-müəyyən mənbəyə əsasən Qazeta. Ru xəbər verir. Rusiya Nəzarət Komitəsi iki dəfə - 2008-ci ilin iyulunda və 2009-cu ilin aprelində "Çernovik" qəzetinə ekstremist yönümlü materialların çapını dayandırmaq barədə xəbərdarlıq edib. |
 Bu il artıq Britaniyada çap olunan Evening Standard qəzetini alan rusiyalı biznesmen Aleksandr Lebedev İrlandiyanın İndependent News & Media nəşriyyat evinə məxsus The İndependent qəzetini almaq üçün danışıqlara başlayıb. Bu barədə iyunun 12-də The Wall Street Journal məlumat yayıb. |
 Los-Ancelesin erməni icmasında qalmaqal baş verib. Belə ki, "AM 640" radiostansiyasının aparıcısı Bill Xendel erməni icmasına hücum xarakterli çıxış edib. O deyib: "Nə qədər ki, Kaliforniyada ermənilər yaşayır, oranın maliyyə-iqtisadi problemləri düzəlməyəcək. Odur ki, erməniləri Kaliforniyadan qovmaq lazımdır. Amerikalı jurnalist daha sonra kinayəli şəkildə erməni soyadlarını ələ salaraq gülüb. |
 CNN və Russia Today telekanalları CNN World Report layihəsi çərçivəsində əməkdaşlığa başlayıb. Sözügedən əməkdaşlıq çərçivəsində CNN efirində RT kanalının süjetləri göstəriləcək. CNN kanalında göstərilən ilk veriliş RT-nin müxbiri Pola Slier tərəfindən hazırlanan "Quantanamo məhbusu" adlı reportaj olub. |
 - Vaqif müəllim, Rusiyada fəaliyyət göstərən mədəni muxtariyyatların təsisçiliyi ilə çıxan qəzetlərdə hər hansı bir problem olurmu və sizin qəzet də bu sarıdan problem yaşayırmı? |
 İsraildə nəşr olunan nüfuzlu "Haarets" qəzeti özünün çərşənbə buraxılışını məşhur yazıçı və şairlərin öhdəsinə buraxıb. Onlar özlərini jurnalist ampluasında sınaqdan keçiriblər. "Baş məqalədən tutmuş sonuncu səhifədəki hava proqnozuna qədər olan yazılar... ən yaxşı İsrail ədbiyyatçıları tərəfindən hazırlanıb" - qəzet yazır. Yazıçı Etqar Keret. Benyamin Netanyahu hökumətinin hələ "hamını təəccübləndirəcəyini" soz verən mudafiə naziri Ehud Barakdan musahibə alıb. |
 "Nyu-York Tayms ko" şirkəti Massaçusets ştatında 137 ildir ki, çap olunan "Boston Qlob" qəzetini satmaq fikrindədir. Qəzeti almaqda maraqlı olanların axtarılması "Qoldman Saks" İnvestisiya Bankının mütəxəssislərinə həvalə edilib. Bu günlərdə "Nyu-York Tayms ko" "Boston Qlob" u rentabelsiz müəssisə kimi bağlamaq planlarından imtina etdiyini bildirib. Şirkət bu il qəzetdən xərclərin azalmasına görə 20 milyon dollar gəlir əldə edilməsinə nail olub. Bu da əsasən, işçilərin əmək haqlarının azalması, güzəşt və əmək hüquqlarının alınması hesabına baş verib. |
 - Elnur müəllim, məşhur idman jurnalisti Aqşin Kazımzadə bizim saytın verdiyi suala cavabında bildirib ki, Azərbaycan idman jurnalistikasının səviyyəsi onu qane eləmir. Bəs siz necə fikirləşirsiniz, bu gün idman jurnalistikasının səviyyəsi nə yerdədir? - Fikrimcə, Azərbaycanda idman jurnalistikası normal səviyyədədir. Çünki əvvəlki dövrlə indiki dövr arasında fərq çox böyükdür. Məsələn, əvvəl yalnız futbolda "Neftçi" komandası var idi, bir də nadir hallarda həndbolçu qızlar SSRİ miqyaslı yarışlarda iştirak edirdi. İdman jurnalisti üçün - mən əsas televiziyanı nəzərdə tuturam - bu iki idman növünü bilmək kifayət idi ki, həmin oyunların reportajını aparsın. |
 Estoniyanın məşhur gündəlik rusdilli qəzeti olan "Molodyoj Estonii" müflislik prosesinin başlandığını elan edib. Bu barədə İnterfaks xəbər yayıb. Qəzetin baş redaktoru Rodion Denisovun sözlərinə görə, təsisçi məhkəməyə muflisliyin başlandığı haqqında ərizə vermək qərarına gəlib. Sözügedən prosedur çərçivəsində ilk məhkəmə iclası iyunun 26-da keçirilməlidir. |
 Strasburqda yerləşən Avropa Gənclər Mərkəzində Avropa Şurasının təşkilatçılığı ilə “Cənubi Qafqaz ölkələrinin media qurumlarına dəstək” mövzusunda iki günlük seminar başlayıb. APA-nın Avropa bürosunun xəbərinə görə, seminarın ilk hissəsi ümumilikdə Cənubi Qafqaz ölkələrində medianın problemlərinə həsr olunub. Azərbaycanda mətbuatın vəziyyəti haqqında ilk olaraq Mətbuat Şurasının sədri Əflatun Amaşov danışıb. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında həm Azərbaycanda, həm də bölgədə media ilə bağlı əsas məsələlərə toxunub. Ə. Həsənov hər üç ölkədə media sahəsində vəziyyətin təxminən oxşarlığından bəhs edərək bu sahədə nailiyyətlərlə yanaşı, Avropa standartlara uyğun gəlməyən məqamların da hələ çox olduğunu söyləyib. |
 - Cəsur müəllim, iyunun 10-26-da Azərbaycanda NATO həftəsi başlayır. Sizcə, Azərbaycan mediasının bu tədbirlərə marağı hansı dərəcədə olacaq? - Bu həftə NATO ilə bağlı xeyli mövzular var. Həm enerji təhlükəsizliyi məsələsi, həm silahlı qüvvələrdə islahatlar. Bu barədə hər mövzu Azərbaycan ictimaiyyəti üçün maraqlı hesab olunur, sadəcə jurnalistlərin bu tədbirlərdə iştirak edib - etməməsi maraqlıdır. |
|
|
|