Adı "reket" siyahısına  düşmüş bəzi nəşrlərin məsələsinə baxılacaqÜzərlərindən “reket nəşr” adının götürülməsi üçün Mətbuat Şurasına xeyli mətbuat orqanı müraciət edib. “Media forum” saytına açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qurumun katibliyi bununla bağlı monitorinqə başlayacaq. ...
Ətraflı...
Novaya qazeta “ Söz azadlığı uğrunda” mükafatına layiq görülüb“Kanada jurnalistələri – söz azadlığınınmüdafiəsi ugrunda” İctimai təşkilatı Toronto şəhərində keçirilən təqdimat mərasimində “Beynəlxalq mətbuat azadlığı mükafat”ı laureatlarının adlarını açıqlayıb. Mukafatçılar sırasında Rusiyanın “Novaya qazeta” və İran jurnalisti Cila Benyaqubun adları çəıkilib. Hər iki şəxs “informasiya yayımında fövqəladə cəsarət və ən çətin maneələri dəf etdiklərinə görə” layiq görülüblər. Təqdimat mərasimində Kanada yazıçısı Terii Guldaya təşkilatın xatirə mükafatı təqdim edilib. ...
Ətraflı...
Avropa Şurasının yeni kitabçasıKitabçada QHT-lərin hüquqi statusu haqqında tövsiyyələr yer alır
Oktyabırın 28-də Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisində “Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə Avropada qeyri-hökümət təşkilatlarının hüquqi statusu haqqında CM/Rec (2007) 14 saylı tövsiyəsi” adlı kitabçanın ictimai təqdimatı keçirilib. ...
Ətraflı...
“Vətən çağırır” kitabı çapdan çıxıb Hərbi vətənpərvərliyi təbliğ edən kitab ictimaiyyətə təqdim olunub
Hərbi jurnalist, “Əsgər Ailəsi” Cəmiyyətinin sədri Roza Əliqızının Qarabağ savaşına həsr edilmiş “Vətən çağırır” kitabı işıq üzü görüb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın bu gün təqdimat mərasimi keçirilib. ...
Ətraflı...
Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə edilibTədbir “Azərbaycan gəncləri” qəzetinin 90 illik yubileyinə həsr olunub
Oktyabr 28-də Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə “Azərbaycan KİV sistemində uşaq və gənclər mətbuatının rolu: dünən, bu gün, sabah” mövzusunda “dəyirmi masa” keçirilib.
Lent.az-ın məlumatına görə, MŞ sədri Əflatun Amaşov toplantının “Azərbaycan gəncləri” qəzetinin 90 illik yubileyinə həsr olunduğunu bildirib.
Ətraflı...
"QHT məktəbi"-nin payız təlimləri başlanmışdırGənclər üçün Təhsil Mərkəzi tərəfindən həyata keçirilən “QHT Məktəbi” payız təlimlərinə start verilmişdir.
Təlimlərin məqsədi qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, eləcə də QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsinin artırılmasına kömək etməkdir. ...
Ətraflı...
Şəkidə alman kitab sərgisi açılıbŞəkidə “Münhen” kitabxanasının beynəlxalq sərgisi açılıb. Almaniyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə sülh və tolerantlıq mövzusunda onlarla kitab nümayiş etdirilir. SİA-nın Şimal-qərb bürosu xəbər verir ki, acılış mərasimində kitabsevərlərlə yanaşı, rayon rəhbərləri də iştirak edib. Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova son illər Almaniyanın ölkəmizdəki səfirliyinin respublikanın şəhər və rayonlarında, eləcə də Şəkidə sərgilər, konsertlər təşkil etdiyini razılıq hissi ılə nəzərə çarpdırıb. Sonra Şəki şəhər İcra Hakimiyyəti adından səfirliyin nümayəndəsinə xatirə hədiyyəsi təqdim olunub. ...
Ətraflı...
“İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər”Multimedia Mərkəzi tərəfindən 29 oktyabr 2009-cu il tarixdə, saat 11.00-da, Azərbaycan Media Mərkəzində “İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər” mövzusunda dəyirmi masa keçiriləcək.
Mərkəzdən SİA-ya verilən məlumata görə, dəyirmi masada ictimai əhəmiyyətli informasiyaların internet resurslar vasitəsilə yayılması sahəsində mövcud durum və problemlər, dövlət qurumlarının və bələdiyyələrin internet resurslarının bu sahədəki rolu ətrafında müzakirələr aparılacaq. ...

Ətraflı...
“Avporada QHT-nın hüquqi statusu haqqında tövsiyəsi” kitabçasının təqdimatı keçirilmiçdirOktyabrın 28-də Bakıda “Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusu haqqında tövsiyəsi” kitabçasının təqdimatı keçirilmişdir.
Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Veronika Kotek tövsiyə haqqında məlumat verərək bildirmişdir ki, əsas məqsəd üzvlər arasında daha sıx birliyə nail olmaqdır. ...
Ətraflı...
MTRŞ teleradio jurnalistlərinin peşəkarlıq səviyyəsini artırmaq üçün treninq kurslar təşkil edəcəkMilli Televiziya və Radio Şurası (MTRŞ) teleradio jurnalistlərinin peşəkarlıq səviyyəsini artırmaq üçün treninq kurslarının təşkilinə başlayır. ...
Ətraflı...
Lənkaranda media resurs mərkəzi açılıb Oktyabrın 27-də Lənkəranda Azərbaycan Jurnalistlər Birliyinin Media Resurs Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzin rəhbəri Xaqani İbadov “Media forum” saytına bildirib ki, Media Resurs Mərkəzi cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər üçün faydalı olacaq: “Cənub bölgəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin vəziyyətinin təhlili göstərir ki, bu nəşrlərdə fikir və məlumat azadlığı sahəsində ciddi problemlər mövcuddur. Rayon qəzetlərinin maddi-texniki bazasının zəifliyi, peşəkarlığın aşağı səviyyədə olması fikir, söz, məlumat azadlığının inkişafına mane olur. ...
Ətraflı...
SAMF “KIV-də peşəkarlıq problemini yaradan səbəblər” mövzusunda dəyirmi masa keçirdiSöz Azadlığını Müdafiə Fondu (SAMF) Kaspian Plaza Biznes mərkəzinin konfrans zalında “KIV-də peşəkarlıq problemini yaradan səbəblər” mövzusunda dəyirmi masa keçirdi. Dəyirmi masa mərhum istedadlı jurnalist Məmməd Nazimoğlunun xatirəsini bir dəqiqəlik sükutla anmaqla başladı.Tədbiri giriş sözü ilə SAMF sədri, görkəmli şair Musa Yaqub açaraq bildirdi ki, təşkilat görkəmli jurnalist Məmməd Nazimoğlunun vəfatından sonra layihələrinə bir qədər ara versə də, bu müddət ərzində bir sıra KİV-lə bağlı kitabların çapı ilə məşğul olub. ...
Ətraflı...
"RUH" diffamasiya ilə bağlı sorğu keçirir"RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "«Diffamasiya haqqında" qanunun qəbulunda ictimai təşəbbüslərin rolu» mövzusunda layihəsini davam etdirməkdədir.
Modern.az xəbər verir ki, artıq layihə çərçivəsində sorğulara başlanılıb. Sorğular iki istiqamətdə aparılır. Birinci istiqamət üzrə "Diffamasiya haqqında" qanunun qəbuluna dövlət məmurlarının necə yanaşıldığı müəyyənləşdiriləcək.
Ətraflı...
Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr«Media əhvalatları» rubrikasında jurnalistlərin iş prosesində başlarına gələn maraqlı əhvalatları elə onların öz dilindən veririk. Həmkarlarımız hansı dövlət məmurunu və ya siyasətçini aldadıblar, harada səhv ediblər, kimi-kimlə dəyişik salıblar, ekstremal şəraitdə necə davranıblar, hansı “çp”lərə yol veriblər, harada bağışlanılmaz səhv ediblər?... Hamısı maraqlıdır…
«Media əhvalatları» əhvalat doğurdu
«Media əhvalatları» rubrikasının birinci təqdimatı bəzi həmkarlarımızın xətrinə dəyib. Bununla yanaşı, həm də bir əhvalat baş verib. ...
Ətraflı...
Niyə press-reliz gələndə çör-cöp də gətirir?Hər bir kütləvi informasiya vasitəsi gündə onlarla təşkilatdan press-reliz alır. Bu press-relizlərin heç də hamısından istifadə olunmur. Bunun səbəbi nədir? Press-relizlər necə hazırlanır? Jurnalistlərin iradları nədir? ...
Ətraflı...
← Geri    1 2 3 4 5    İrəli →