|
|
|
 Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Azərbaycan milli mətbuatının 2010-cu ildə qeyd olunacaq 135 illik yubileyi barədə müzakirə aparılıb. Yubileylə bağlı tədbirlər planı hazırlanıb. Planda hər ay medianın aktual problemlərinə dair dəyirmi masa və konfransların təşkili, prosesə gələn ilin iyununda keçiriləcək ümumrespublika elmi-praktik konfransı ilə yekun vurulması nəzərdə tutulur...... |
 XVI Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Festivalı və Sərgisi çərçivəsində tədbirdə iştirak edən mətbuat qurumlarının rəhbərləri arasında fikir mübadiləsi olub. APA-nın tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, İranın Mədəniyyət və İrşad Nazirliyinin Daxili və Xarici Mətbuat İdarəsinin rəisi Məhəmməd Mənsur Kuşeş bildirib ki, bu cür tədbirlərin keçirilməsi ilə İranın və xarici ölkələrin media qurumları arasında əlaqələrin əsası qoyulur..... |
 Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdə ofisində bu qurumun əməkdaşları cəbhəyanı bölgələrdə fəaliyyət göstərən jurnalistlər üçün seminar keçiriblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, seminarın əsas mövzuları BQXK və Qızıl Aypara Hərəkatı, BQXK-nin Azərbaycandakı fəaliyyəti , Beynəlxalq Humanitar Hüququn əsasları, jurnalistlərin silahlı münaqişələrdə işi və müdafiəsi və münaqişənin kütləvi informasiya vasitələrində işıqlandırılmasından ibarət olub..... |
 Kitabxanalarda ən fəal oxucuların müəyyən olunması məqsədilə müsabiqə keçirilir M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda müsabiqə keçirilir. Müsabiqə kitabxanalarda ən fəal oxucuların müəyyən olunması məqsədilə keçirilir. |
 Bu gün Şurada konfransın təşkilat komitəsinin iclası keçirildi Oktyabrın 23-də Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Vətəndaş cəmiyyətinin inkişafı: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda 2009-cu ilin mart ayında keçirəcəyi beynəlxalq konfransa hazırlıq üzrə İşçi qrupunun növbəti iclası keçirildi. |
Naxçıvanın mədəniyyət və incəsənət xadimləri Türkmənistanda Azərbaycanı təmsil edəcəkNaxçıvan. Elmar Hüseynov-APA. 3-6 noyabr tarixlərində Türkmənistanda keçiriləcək Azərbaycan mədəniyyət günlərində Azərbaycanı Naxçıvan Muxtar Respublikasının (MR) mədəniyyət və incəsənət xadimləri təmsil edəcək. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, mədəniyyət günləri çərçivəsində muxtar respublika nümayəndələri rəngarəng proqramla çıxış edəcək. |
MTRŞ sədri ilə Fransanın Azərbaycandakı nümayəndələri arasındaMilli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli "Radio Frans"ın beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi Françuz Laurian, Fransanın Ankara Konsulluğunun media attaşesi Luçiano Rispoli və Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət və əməkdaşlıq məsələri üzrə attaşesi Lyuk Obri arasında görüş keçirilib. |
 Cari ilin noyabrın birindən etibarən Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkəti “Mənim planetim” adlı yeni elmi-kütləvi kanalının test rejimındə efir baxışı olacaq. Bu barədə məlumatı Rusiya mətbuatına şirkətin baş direktor müavini Dmitri Mednikov. Şirkət rəsmisinin sözlərinə görə, yeni layihəyə 10 milyon dollar vəsait xərclənib. Potensial seyrçilərin sayının 15 milyon nəfərə çatacagı gözlənilir. |
O, televiziyadan mənəvi təzminat istəyir Azərbaycanın xalq artisti Eldar Axundov “Azərbaycan Televiziya və Radio Verilişləri” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib. Lent.az-ın məlumatına görə, AzTV-də müqavilə əsasında çalışan E.Axundov sonradan müqavilə müddətinin uzadılmaması səbəbindən oradan ayrılmaq məcburiyyətində qalıb. |
 E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentin Sərəncamı [/b] Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram.... |
Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun yaradılması haqqinda Azərbaycan Respublikası Prezidentin Sərəncamı Azərbaycan Respublikasında fundamental elmi tədqiqatların stimullaşdırılmasını, ölkəmizin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etmək məqsədi ilə qərara alıram... |
 Oktyabr ayının 27-i saat 12-00 da “Kaspian Plaza” Biznes Mərkəzinin konfrans zalında “Söz Azadlığını Müdafiə Fondu”nun (SAMF) təşkilatçılığı ilə “Kütləvi informasiya vasitələrində peşəkarlıq problemini yaradan səbəblər” mövzusunda Dəyirmi Masa keçiriləcək. Fondun yaydığı məlumatda bildirilir ki, tədbirdə mütəxəssislərin iştirakı ilə analoji problemin geniş müzakirəsi nəzərdə tutulur. Tədbirə ekspertlər, hüquqşünaslar, jurnalistlərlə bərabər KİV-də peşəkarlıq probleminin həllinə bilavasitə kömək edə bilmək iqtidarında olan KİV rəhbərləri də dəvətlidirlər. |
 ”Magistr” jurnalının xüsusi buraxılışının 8-ci sayın nəşr edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a bildiriblər ki, jurnalda ali məktəblərinin magistratura pilləsinə MBA və TEMPUS beynəlxalq proqramları üzrə 2009/2010-cu tədris ili üçün qəbul keçirilən ixtisasların siyahısı və onların plan yerləri əksini tapıb. |
 Modern.az «Media əhvalatları» adlı yeni rubrika təqdim edir. Jurnalistlərin iş prosesində başlarına gələn maraqlı əhvalatları elə onların öz dilindən verəcəyik. Həmkarlarımız hansı dövlət məmurunu və ya siyasətçini aldadıblar, harada səhv ediblər, kimi-kimlə dəyişik salıblar, «ekstremal» şəraitdə necə davranıblar, hansı “çp”lərə yol veriblər, harada bağışlanılmaz səhv ediblər?... Hamısı maraqlıdır… |
 Jurnalist Məmməd Nazimoğlunun fotosöhbəti (oğlu Orxanın dili ilə). Məmməd Nazimoğlu 1959-cu il sentyabrın 28-də Ağdaş rayonunun Qobuüstü kəndində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ölkənin ilk müstəqil nəşrlərindən olan “Aydınlıq” qəzetinin yaradıcılarındandır. “Xalq qəzeti”nin baş redaktor müavini, “Ulus” qəzetinin baş redaktoru, “Avropa”, “Yeni Müsavat”, “Azadlıq”, “Şans” qəzetlərinin, “525-ci qəzet”in yazarı, ANS telekanalında efirə gedən “Qulp” verilişinin müəlliflərindən, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru olub. Məmməd Nazimoğlu 2008-ci il iyulun 6-da vəfat edib. Yaşasaydı dəyərli həmkarımız bu il sentyabrın 28-də 50 illik yubileyini qeyd edəcəkdi. Onun fotolarını oğlu Oqxan təqdim edir. Məmməd Nazimoğlu |
|
|
|