KİV Nümayəndələrinin Kredit İttifaqı adlı təşkilat yaradılıbAzərbaycanda KİV Nümayəndələrinin Kredit İttifaqı adlı yeni təşkilat yaradılıb. Qurum Samir Əmirov sədrlik edir. S.Əmirov mətbuata açıqlamasında ittifaqın artıq Vergilər Nazirliyində dövlət qeydiyyatına alındığını qeyd edib. Onun sözlərinə görə, əsasən mətbuat işçilərindən ibarət olan ittifaqın fəaliyyəti öz üzvlərinin qarşılıqlı kreditləşməsindən ibarətdir: “İttifaq istehlak kreditlərinin verilməsi ilə məşğul olacaq”. Media nümayəndələri bu qurum vasitəsilə illik 20 faizlə kredit ala biləcəklər.....
Ətraflı...
Jurnalistin  canlı yayıma  qoşulması üçün sadəcə 3G-yə malik mobil  telefonu  olmalıdırHeydər Əliyev adına İdman-Konsert Kompleksində bu gündən başlayan XV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı (“BakuTel-2009”) noyabrın 7-dək davam edəcək.
“Media forum” saytı xəbər verir ki, “Iteca Caspian”ın təşkilatçılığı, “Azercell Telekom”un baş sponsorluğu ilə keçirilən sərgidə 15 ölkədən 100-dən artıq şirkət iştirak edib....
Ətraflı...
Fond fərdi jurnalist müsabiqəsi elan etdi (elanın tam mətni)Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələri üzrə jurnalist yazılarının fərdi müsabiqəsini elan edib....
Ətraflı...
Mingəçevirdə yeni Media Mərkəzi açılıbNoyabrın 6-da Mingəçevir şəhərində Media Mərkəzinin rəsmi açılışı olacaq. Mərkəzin açılmasında məqsəd ictimai və sosial problemlərin həllində vətəndaş təşəbbüslərinə diqqəti artırmaqla bağlı müzakirlərin təşkil edilməsi, ictimaiyyətin məlumatlandırılması, dəyirmi masaların, debatların təşkilidir....
Ətraflı...
Azərbaycan Jurnalistlər Birliyi layihənin yekunları ilə bağlı mətbuat konfransı keçirdiBu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Azərbaycan Jurnalistlər Birliyi "Cənub bölgəsində jurnalistlərin hüquqi maarifləndirilməsi" layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirdi....
Ətraflı...
Jurnalistika dəbdən düşüb, yoxsa nüfuzdan?Amerika cəmiyyəti arasında keçirilən bir sorğunun nəticəsində bu ölkədə jurnalistika dəbdən düşmüş sahə hesab edilib. Maraqlıdır, hazırki mətbuat bolluğunda Azərbaycanda necə, jurnalistika dəbdən düşmüş sahə sayılmır ki? Modern.az bu suala bir sıra KİV nümayəndəsinin cavabını öyrənib....
Ətraflı...
Bölgələrdə məmurlar KİV-lərlə əməkdaşlıq etmirlərAzərbaycan Jurnalistlər Birliyi (AJB) “Cənub regionunda fəaliyyət göstərən jurnalistlərin huquqi maarifləndirilməsi” layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Layihə Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.....
Ətraflı...
Milli kitab mükafatı təsis olundu Bu gün Milli Kitab Mükafatının təqdimat mərasimi keçirilib. Bakıdakı Milli Kitabxanada düzənlənən təqdimat mərasiminə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, yazarlar Çingiz Abdullayev, Vaqif Səmədoğlu, Afaq Məsud, Rəşad Məcid, deputat Rəbiyyət Aslanova, müsabiqənin baş sponsoru olan “Azercell” şirkətinin nümayəndəsi Ülviyyə Həsənzadə, rəsmi şəxslər, ziyalılar və jurnalistlər qatılıb....
Ətraflı...
Məmməd İsmayılın 70 illiyi qeyd olunubNoyabrın 1-də poeziyasevərlər, tanınmış ədəbiyyat adamları Aktyorlar Evinə – özünü hələ də “şair hesab etməyən”, amma oxucularının nəzərində görkəmli şair kimi daim əziz və dəyərli tutulan Məmməd İsmayılın 70 illik yubileyinə toplaşmışdılar. Təxminən 5 saat davam edən gecə orada olanların yaddaşından, yəqin ki, uzun illər silinməyəcək. Ən azından ona görə ki, bu tədbir əsl poeziya məclisi, ədəbiyyat bayramı idi və mərasimdə Məmməd İsmayılla yanaşı, müasir Azərbaycan ədəbiyyatının Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı kimi görkəmli simaları iştirak edirdilər...
Ətraflı...
“Molla Nəsrəddin-Azərbaycan” karikatura müsabiqəsi başlayıbAzərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikatura Təşkilatları Federasiyasının dəstəyi ilə “Molla Nəsrəddin-Azərbaycan” III beynəlxalq karikatura müsabiqəsinə start verilib.....
Ətraflı...
"Müdafiə Nazirliyi hərbi jurnalistlərin yetişdirilməsində QHT-lərlə əməkdaşlığa hazırdır"“Müdafiə və Təhlükəsizlik sektoruna ictimai nəzarət” Koalisiyasının ofisində "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu tərəfindən maliyyələşdirilən "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" adlı layihə çərçivəsində debatı keçirib....
Ətraflı...
Vüqar Səfərli 2010-cu ildə KİV-in inkişafına ayrılacaq vəsaitin az olduğunu deyirAzərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 2010-cu ilin dövlət büdcəsindən KİV-lərin inkişafı üçün ayrılan 2 milyon manatın cari illə müqayisədə az olduğunu bildirib....
Ətraflı...
Mətbuat Şurası Mətbuat Nizamnaməsinin 90 illiyini qeyd edib Mətbuat Şurasının təşəbbüsü ilə «Mətbuat Nizamnaməsi 90: keçmişdən bu günə dəyişən reallıqlar» mövzusunda dəyirmi masa keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov....
Ətraflı...
Bakı Dövlət Universiteti jurnalistləri mükafatlandırdıBakı Dövlət Universiteti (BDU) və Parlament Jurnalistləri Birliyinin bu ali təhsil ocağının 90 illiyi münasibətilə elan etdikləri yazı müsabiqəsinə yekun vurulub. Oktyabrın 31-də BDU-da keçirilən mərasimdə ali təhsil müəssisəsinin rektoru, akademik Abel Məhərrəmov jurnalistlərə göstərdikləri diqqətə görə təşəkkür edib....
Ətraflı...
Beynəlxalq Mətbuat İnstitutu Obamaya müraciət edib Beynəlxalq Mətbuat İnstitutu (BMİ) ABŞ prezidenti Barak Obamaya müraciət edərək, növbəti ay Çinə səfəri zamanı mətbuat azadlığı məsələsini qaldırmasını xahiş edib.
Bu barədə Lent.az-a Beynəlxalq Avrasiya Mətbuat Fondundan bildirilib. Belə ki, BMİ-dən BAMFa verilən məlumata görə, oktyabrın 1-də çin polisi tərəfindən evindən aparılmış jurnalist Hailaite Niyazi hələ də təcridxanada saxlanılır. Uighurbiz.net-in keçmiş meneceri və redaktoru olan H.Niyazi əvvəllər müxtəlif dövlət qəzetlərində çalışıb....
Ətraflı...
← Geri    1 2 3 ... 10 11 12    İrəli →