
Azərbaycan televiziyalarında müxtəlif sənət janrları üzrə müsabiqələr keçirilir. Estrada, muğam, xalq və bəstəkar mahnıları, aşıq musiqisi, meyxana, bədii qiraət, müxtəlif musiqi alətlərində solo ifaçılıq və s. sahələrdə qabiliyyəti olan çoxlu sayda insan bu yarışlarda özünü sınayır. Ölkənin musiqi, teatr, ədəbiyyat sahəsində öz peşəkarlığı ilə seçilən sənətkarlar da bu müsabiqələrin münsiflər heyətində təmsil olunur. .....