
Son illər internet çox sürətlə Azərbaycanın media məkanına təsir etməkdədir. İndi medianın transformasiyası müşahidə edilir: ənənəvi mediadan yeni mediaya keçid baş verir. İnternet məkanında informasiya agentlikləri, xəbər portalları, televiziyalar yaranmağa başlayır və getdikcə onların sayı artır. Düzdür, internet mediası hələ tam inkişaf etməsə də, onun yaxın gələcəkdə digər media sahələrini ötüb keçəcəyi istisna deyil. Bəs bu gün internet mediası Azərbaycan media məkanında hansı yeri tutur? ....