|
|
|
 “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaların informasiyalaşdırılması işi davam etdirilir. ... |
 QHT-lərin Maliyyə Nazirliyi üçün hesabat hazırlamalarında problem var, Milli QHT Forumu təkliflər hazırlayıb .... |
 Azərbaycan Parlamenti "Diffamasiya haqqında" qanun layihəsini müzakirəyə çıxara bilər. ... |
 Fevralın 16-da Yasamal rayonundakı 53 nömrəli orta məktəbdə görkəmli dövlət xadimi, maarifçi və yazıçı Nəriman Nərimanovun anadan olmasının 140 illiyi qeyd olunacaq. ... |
 Fevralın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun anadan olmasının 90 illiyi ilə əlaqədar elmi sessiya reallaşacaq. .... |
 Daxili İşlər Nazirliyi xəbər verir ki, Şəki Rayon Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar həyata keçirilmiş tədbirlər nəticəsində Şəki şəhər sakinləri Şahin Səmədovun, Ələsgər Aslanovun, Əsmayə Həsənovanın, Kəmalə Əzizovanın, Rəsul Quliyevin, Əsabəli Adipurun, Rəfiqə Mustafayevanın və Mehriban Əhmədovanın qadınlar və məktəb yaşlı uşaqlar arasında dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib. .... |
 Fevralın 11-14-də Türkiyənin Nevşeher bölgəsində Türkiyə Qəzetəçilər Federasiyasının başqanlar konseyinin 29-cu toplantısı keçirilib. Tədbirdə Azərbaycandan olan jurnalist təşkilatlarının nümayəndələri də iştirak edib. Azərbaycan Parlament Jurnalistlər Birliyinin quruma üzvlük məsələsi müzakirə olunub. ... |
 Milli Məclisin bugünkü iclasında “Mətbuat azadlığı haqqında”, “Əməliyyat axtarış fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” və “İnformasiya əldə etmək haqında” qanunlara əlavə və dəyişikliklər qızğın müzakirələrə səbəb olub. ... |
 Fevralın 11-də "Olaylar" agentliyinin və qəzetinin baş redaktoru, yazıçı Yunus Oğuzun "Təhmasib şah" romanının təqdimat mərasimi olub. ... |
 Fevralın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilən "Millətin Bəxtiyarı" adlı anım gecəsi reallaşıb. Mərasimi giriş sözü ilə professor Nizaməddin Şəmsizadə açaraq Bəxtiyar Vahabzadənin XX əsrin görkəmli şəxsiyyətlərindən biri olduğunu bildirib. ... |
 Azərbaycan Yazıçılar Birliyində "525-ci qəzet"in nəşr etdiyi "525 Kitab" seriyasının 2010-cu il üçün nəzərdə tutulan iki kitabın - xalq yazıçısı Çingiz Abdullayevin "Etiraflar vadisi" nəsr əsəri və şair Səlim Babullaoğlunun "Polkovnikə heç kim yazmır" şeirlər toplusunun təqdimetmə mərasimi keçirilib. ... |
 Fevralın 11-də Ekologiya və təbii sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırov ilk Azərbaycan-Antarktida ekspedisiyasının nəticələrinə həsr olunan üç kitabın - "Antarktida gündəliyi", "Antarktida iqlimi. ... |
 Fevralın 10-da Belarus paytaxtında "Belarus kitabları-2010" XVII Minsk Beynəlxalq Kitab sərgi-yarmarkası işə başlayıb. ... |
 Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu"nun təkmilləşdirilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki abidələrin təbliği ilə məşğul olan dövlət mədəniyyət təsisatları ilə bağlı vahid dövlət idarəetməsini təmin etmək və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunu təkmilləşdirmək məqsədi ilə "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi də qurumun strukturuna daxil edilib. ... |
 Fevralın 9-da Szabo Ervin adına Budapeşt Şəhər Kitabxanasında Azərbaycan günü reallaşıb. Tədbirdə tələbələr, müəllimlər, kitabxana işçiləri, Azərbaycanla maraqlanan oxucular və o cümlədən, Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov da iştirak edib. ... |
|
|
|