|
|
|
 ABŞ prezidenti Corc Buşu Pekin Olimpiadasına müşayiət edən mətbuat xidməti üç saat ərzində hava limanının gömrükxanasında saxlanılıb. Bu haqda cümə günü Associated Press agentliyi xəbər verir. |
 Haaretz qəzeti «Əl-Cəzirə» telekanalının Livan döyüşçüsü Samir Kuntar haqqında verilişə görə İsraildən üzr istədiyini xəbər verir. |
 CNN saytı amerikalıların əksəriyyətinin ABŞ prezidentliyə namizədlərin seçkiqabağı kampaniyasının kütləvi informasiya vasitələri tərəfindən qeyri-bərabər şəkildə işıqlandırılması qənaətində olduqlarını yazır. |
 RİA Novosti saytının dizaynına dəyişikliklər edilib. İnformasiya agentliyi baş redaktorunun birinci müavini Natalya Losevanın sözlərinə görə, dizayn saytın daha mültimediyalı olmasından ötrü dəyişdirilib. |
 Belorusun «Belorusı i rınok» («Beloruslar və bazar») qəzetinin jurnalisti Olqa Biryukova Böyük Britaniyada siyasi sığanacaq istəyib. Bunu nəşrin siyasi icmalçısı Pavel Bıkovskiyə istinadən «Xartiya 97» xəbər verir. |
 Çin polisi iki yapon jurnalistinə Kaşqar şəhərindəki polis şöbəsinə hücum faktının işıqlandırılmasına kobud şəkildə mane olub. Məlumatı AFP agentliyi yayıb. |
 Milyarder Rupert Merdoka məxsus News Corporation şirkəti yaxın 12 ay ərzində Hindistanda altı regional telekanalın yaradılmasına 100 milyon dollar məbləğində vəsait sərf edəcək. The Hindu nəşri bu telekanalların Star brendi üçün işləyəcəklərini qeyd edir. |
 Qırğızıstanda «Veçerni Bişkek» kimi ölkənin ən iri rusdilli nəşrin jurnalistini qətlə yetirmiş şəxsə hökm oxunub. RİA Novosti xəbər verir ki, iki insanı qətlə yetirməklə təqsirli bilinən Rinat Kazakbayev ömürlük həbs cəzasına məhkum edilib. |
 Mətbuat Şurası (MŞ) Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür məktubu göndərəcək. MŞ-dan APA-ya verilən məlumata görə, bu barədə qərar qurumun İdarə Heyətinin avqustun 1-də keçirilən iclasında qəbul edilib. |
 Washington Post kimi ABŞ-ın ən tanınmış qəzetlərindən biri ikinci kvartalda nəşrə ziyan dəydiyini bəyan edib. Məlumatı bazar ertəsi «Vedomosti» yayıb. |
 Cümə günü AP sövdələşməyə yaxın mənbələrə istinadən Amerikanın Reople jə Britaniyanın Hello! jurnallarının Bred Pitt və Andjelina Colinin yeni dünyaya gəlmiş əkizlərinin şəkillərinin 14 milyon dollara əldə etdiklərini xəbər verir. |
 Çin Olimpiadası və Beynəlxalq Olimpia Komitəsi (BOK) avqıstun 8-24-də keçiriləcək 2008 Oyunlarında jurnalistlərin İnternetdən məhdudiyyətsiz istifadə edəcəklərinə dair razılıq əldə edib. Qeyd edək ki, məlumatı Reuters agentliyi yayıb. |
 Azərbaycan prezidenti İlham Əliyev bir qrup KİV-ə maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Azərbaycan Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına bir sıra qəzetlərin və informasiya agentliklərinin hər birinə 5 min manat məbləğində birdəfəlik maliyyə yardımı ediləcək. |
 AFP xəbər verir ki, HƏMAS Hərəkatının təhlükəsizlik xidməti bir neçə gün əvvəl həbs etdiyi alman telekanalının operatorunu azadlığa buraxıb. |
 Almaniyanın ARD telekanalı HƏMAS Hərəkatının təhlükəsizlik xidməti tərəfindən operatorunun həbsinə etiraz olaraq Qəza bölgəsində müxbir məntəqəsini bağlayıb. AFP xəbər verir ki, Savah Abu Səif terror aktında şübhəli bilinən və şənbə günü saxlanılan 10 nəfər arasındadır. |
|
|
|