Los Angeles Times qəzetinin naşiri istefaya gedirLos Angeles Times qəzetinin naşiri Devid Hiller və Chicago Tribune nəşrinin baş redaktoru Enn-mari Lipinski Tribune Co şirkətinin keçirdiyi əməkdaşların sayının ixtisarı fonunda istefaya gediblər. Məlumatı AP agentliyi yayıb.

Ətraflı...
Euronews ərəb dilində yayıma başlayıbMiddle East Online xəbər saytı Euronews telekanalının şənbə günü ərəb dilində yayıma başladığını xəbər verib. «Telekanalın ərəb versiyası tamaşaçılarımızı Avropa və Aralıq dənizi ölkələrinin ərəbdilli əhalisi hesabına artırmağa və ərəbdilli əhaliyə Avropa siyasətini daha yaxşı başa düşməyə imkan yaradacaq», - deyə Euronews şirkətinin prezidenti Filippe Çayl bəyan edib.
Ətraflı...
Kreml müxalifət partiyalarının teleefirə çıxışını artırmağı planlaşdırırRusiyanın müxalifət partiyaları teleefirə daha geniş çıxış əldə edə bilərlər. Bu haqda şənbə günü Zavidovoda prezident Dmitri Medvedevin dörd parlament partiyalarının liderləri ilə keçirdiyi görüşündən sonra «Vedomosti»nin Kremldəki mənbəsi xəbər verib. Nəşrin məlumatına görə, müxalifət partiyalarının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını üzərinə «Rossiya» telekanalı götürə bilər.

Ətraflı...
«Azadlıq» qəzetinin kollektivi təsisçi hüquqlarından məhrum ola bilərÖtən gün Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Azadlıq Hərəkatı Birliyinin fəallarının iddiasına əsasən hazırlıq iclası keçirilib. Bunu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən Day.az saytı xəbər verir.
Ətraflı...
İrkutskda keçmiş televiziya reportyoru itkin düşübİnterfaks İrkutskda keçmiş telejurnalist Vadim Şevtsovun itkin düşdüyünü xəbər verir. Şevtsov yerli telekanalların birində kriminal tematika ilə məşğul olurdu.
Ətraflı...
DİN internetdə ekstremizmə görə cinayət məsuliyyətinin tətbiqini təklif edibRusiya Daxili İşlər Nazirliyi interneti kütləvi informasiya vasitəsi hesab etmək və internetdəki ekstremizm və terrorizmin təbliğinə görə cinayət məsuliyyətinin tətbiq edilməsini təklif edib. Məlumatı RİA Novosti yayıb.

Ətraflı...
Pekində Olimpiadanın mətbuat mərkəzləri açılıbDPA agentliyi Pekində yay 2008 Olimpiya oyunlarının üç mətbuat mərkəzinin açıldığını bildirir. Çin tərəfi Olimpiadanın əsas mətbuat mərkəzinin oyunların tarixində ən iri həcmli olacağını iddia edir.

Ətraflı...
Eynulla Fətullayevə həbsxanada müxalifət qəzetlərini oxumağa icazə verilmir12 saylı islah-əmək müəssisəsində saxlanılan «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevin valideynləri ötən gün onunla görüşüblər. Day.az saytının məlumatına görə, bunu jurnalistin atası Emin Fətullayev xəbər verib.
Ətraflı...
Olimpiada zamanı Çin televiziyası tarixində ilk dəfə canlı efirdə işləyəcəkÇin Olimpiadası zamanı Çin Dövlət Televiziyası əlliillik tarixində ilk dəfə canlı efirdə olacaq. Məlumatı Çinin Xinhua rəsmi agentliyinə istinadən AP xəbər verir.
Ətraflı...
Türkmənistan hakimiyyəti Azadlıq Radiosunun jurnalistini azad edib«Sərhədsiz reportyorlar»ın saytı iyun ayının sonlarında saxlanılan Azadlıq Radiosunun Türkmənistandakı ştatdankənar əməkdaşı Sazak Durdımuradovun azadlığa buraxıldığını xəbər verir. Mənbənin məlumatına görə, jurnalist artıq doğma Baharden şəhərinə qayıdıb.

Ətraflı...
«Azərbaycan bu gün və sabah» jurnalının növbəti sayı işıq üzü görübAzərbaycan və ingilis dillərində dərc olunan, dünyanın 40-a yaxın ölkəsində yayımlanan «Azərbaycan bu gün və sabah» jurnalının növbəti – 13-cü sayı işıq üzü görüb.





Ətraflı...
Nekroloq«Azərbaycan jurnalistikasına ağır itki üz verib» şablon deyimi Məmməd Nazimoğlunun ruhuna yaraşmaz. Bizi tərk edib əbədiyyət dünyasına qovuşan İnsan sahəmizin humanistlik, paklıq, sənətkarlıq, peşəkarlıq, yüksək əxlaq simalarındandır. Bu il iyul ayının 6-da dünyasını dəyişmiş Məmməd Nazim oğlu Məmmədov 1959-cu il sentyabrın 28-də anadan olub. O, ali təhsilini 1978-83-cü illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində aldıqdan sonra SSRİ dövründə bir sıra qəzetlərdə çalışmışdır. Lakin Məmməd Nazimoğlunun yaradıcılıq tingləri milli azadlıq hərəkatı zamanı böyüyərək ölkəmiz dövlət müstəqilliyini bəyan edəndən sonra bolluca bar verməyə başladı. Onun «Aydınlıq» qəzetinə redaktorluq etdiyi dövrünü on minlərlə oxucu çox yaxşı xatırlayaraq, jurnalistikamızın qızıl hərflərlə yazılmış səhifələrinə aid edir. «Ulus» qəzetində, Azərbaycan Söz Azadlığını Müdafiə Fondunda rəhbər vəzifələrdə işləmiş Məmməd müəllim birmənalı qaydada peşəmizin fəxri olmuşdur.
Ətraflı...
Roma Papası Bibliyanın oxunmasına dair telemarafonu açacaqAFP xəbər verir ki, Roma Papası XVI Benedikt oktyabrda İtaliyanın RAİ teleşirkətinin təşkil edəcəyi Bibliyanın oxunmasına dair telemarafonda iştirak edəcək.
Ətraflı...
ABŞ-ın radioaparıcısı 400 milyon dollar məbləğində müqavilə imzalayıbDrudgereport saytı Amerikanın tanınmış radioaparıcısı Raş Limbonun Premiere Radio Networks radioyayım şirkəti ilə 400 milyon dollar məbləğində müqavilə imzaladığını xəbər verir.
Ətraflı...
Los Angeles Times 250 əməkdaşını ixtisara salacaqAP agentliyi Los Angeles Times qəzetinin baş redaktoru Russ Stentona istinadən redaksiyadan 250 əməkdaşın nəşrin gəlirlərinin azalması ilə bağlı ixtisara düşəcəyini xəbər verir. Ümumilikdə isə redaksiyada 876 nəfər çalışır.
Ətraflı...
← Geri    1 2 3 ... 178 179 180    İrəli →