|
|
|
 Sabah Azərbaycan Milli Kitabxanasında görkəmli jurnalist, ustad redaktor və pedaqoq Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş sərgi açılacaq. Həmçinin “Kütləvi informasiya vasitələrində obyektivlik və operativlik, forma və məzmun vəhdəti prinsiplərinin təmin edilməsinin “Bakı” – “Baku” təcrübəsi” mövzusunda elmi konfrans keçiriləcək. .... |
 Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Abdulla Şaiqin sözlərinə bəstələnən musiqi əsərləri” kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, kitab Abdulla Şaiqin 130 illik yubiley tədbirləri silsiləsindən çap olunub. Kitab Abdulla Şaiqin Mənzil Muzeyi tərəfindən bəstəkar Rəşid Şəfəq tərəfindən tərtib edilib. .... |
 Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının üçüncü nömrəsi çapdan çıxmışdır. Jurnalın redaksiya şurasının sədri akademik Ramiz Mehdiyevdir. .... |
 Dekabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Yasin Xəlilin “Qəzəllər” kitabının “imza günü” keçiriləcəkdir. .... |
 RTV Türkiyənin dünya şöhrətli xəbər agentliyi ilə əməkdaşlığa başladı. |
 “Jurnalistlər bütün dünyanı gəzir və eyni zamanda həmkarlarımızın yazdıqları məqalələr digər xalqlarda millətimiz haqqında fikir formalaşdırır. .... |
 O gün televizora baxanda bərk əsəbləşdim. ANS TV bütün günü iki qızına təcavüz edən ata haqqında informasiya verəcəyi haqqında davamlı olaraq anonslar yayımlayanda həyəcan və əsəbimdən bilmirdim nə edim. “Xəbərçi”nin buraxılışları,“İç xəbər”, “Növbətçi” ardıcıl olaraq “bu sensasion” xəbəri elə təqdim edirdi ki, sanki Azərbaycanın ən vacib, həyati əhəmiyyətli bir hadisəsi baş verib. Əminəm ki, bu xəbəri hazılayanlar özlərindən tam razı idilər. “Dəqiq, qərəzsiz, vicdanlı” xəbər hazırlamışdılar. .... |
 Modern.az saytının “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsi bu həftə də davam edir. Bu dəfə qədim tarixə malik, ipəyi ilə dünyada tanınan, lətifələri ilə məşhur olan Şəki rayonunun iqtisadi və sosial vəziyyəti, əhalinin yaşayış tərzi, təhsil və səhiyyə sistemi barədə orada doğulub Bakıda jurnalist fəaliyyəti ilə məşğul olan media nümayəndələri danışıblar. ... |
 Zaur Qəriboğlu “Mən yanmasam, sən yanmasan, necə çıxar qaranlıqlar aydınlığa?..” Nazim Hikmət |
 Nəzirməmməd Quliyev: “Jurnalist olduğumu biləndə qapı arxasında saxlamayıblar” .... |
 Musa Yaqub: «Ad dövləti verdiyi paydır versələr sağ olsunlar, verməsələr də özləri bilərlər» .... |
 Dekabrın 8-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Müstəqil Azərbaycan 20: mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda konfrans keçirilib. Tədbirdə Yasamal rayonunun, onun rəhbər strukturlarının, habelə respublikanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edib. ..... |
 ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Çjan Yannyanı diplomatik missiyasının sona yetməsi ilə əlaqədar qəbul edib. Səməd Seyidov iki ölkə arasındakı münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb. .... |
 İsmayıllıda keçirilən “Jurnalistlərin üçün qış məktəbi”nin iştirakçıları üçün yazı müsabiqəsi elan olunub. Tədbirin təşkilatçılarından olan Avrasiya Əməkdaşlıq Fondu iqtisadi, sosial və ictimai məsələlərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını təşviq etmək məqsədi ilə beş istiqamətdə müsabiqə elan edib..... |
 Mətbuat Şurası mütəmadi olaraq hansısa qəzetləri “reket nəşr” elan edərək onları özünün “qara siyahısı”na salır. Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin verdiyi ən son məlumata görə, indiyədək 89 qəzet və jurnal “reket nəşr” elan olunub. .... |
|
|
|