
İndiyədək 103 qəzet və jurnal “reket” nəşr elan edildiyindən onların adları Mətbuat Şurasının “qara siyahı”sına düşüb. Lakin Mətbuat Şurasının “reket” mətbu orqanların işinə xitam vermə kimi bir səlahiyyəti yoxdur. Bir sözlə, Şuranın ictimai qınaqdan başqa əlindən heç nə gəlmir. Elə buna görə də “reket”lər öz işləri istədikləri tərzdə davam etdirir, tənqid və ya təhqir elementlərini sağa-sola “xərcləyirlər”. Maraqlıdır, Mətbuat Şurası və cəmiyyət “reket” elan edilən nəşrlərin yazdıqlarını ciddiyə alırmı? ....