|
|
|
 Azərbaycan Mətbuat Şurası milli mətbuatın 135 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı hazırlayıb. Şuranın sədri Əflatun Amaşov APA-ya bildirib ki, plana əsasən Bakıda və rayonlarda tədbirlər keçiriləcək: “Biz bu tədbirlərə Həsən bəy Zərdabinin doğulduğu Zərdab rayonundan başlayacağıq”. .... |
 Milli Kitab Mükafatı müsabiqəsinin nəticələri ətrafında polemika davam edir və zənnimcə, nəticələrin belə “toz-tozanaq” qoparmasının iki mühüm səbəbi var. ... |
 “Mədəniyyət kanalının açılması yönündə iş davam edir. Yəqin ki, yaxın bir-iki aya lisenziyanın verilməsi üçün müsabiqə elan ediləcək”. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli iyunun 7-də “Media forum” saytına açıqlamasında belə deyib. .... |
 Mətbuatın yaranmasının 135 illiyi münasibəti ilə jurnalist yazılarının fərdi müsabiqəsini elan edən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna indiyə kimi 10 jurnalist yazısı təqdim olunub. .... |
 "Qismət" nəşriyyatı tərəfindən hərbçilər üçün nəzərdə tutulmuş "Quran"ın (cib kitabı) hazırlanması üzərində iş aparılır. Bu barədə akademik, BDU-nun İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev "Qurani-Kərim"in Azərbaycan dilində izahlı tərcüməsi, "Yasin" və qısa surələrin çap olunduğu kitabların təqdimat mərasimində məlumat verib. ... |
 Yazıçı-publisist Sevda Əlibəylinin baş redaktoru olduğu "Söz" jurnalının yeni nömrəsi çapdan çıxıb. ... |
 Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müəllifi olduğu "Fəlsəfə" kitabı çapdan çıxıb. Nəşrin rəyçisi Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, layihənin rəhbəri "AzərTac"ın baş direktoru Aslan Aslanov, elmi redaktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, redaktoru "AzərTac"ın baş direktorunun müavini Dağbəyi İsmayılovdur. ... |
 “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov, köşə yazarı Şahvələd Çobanoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib. ... |
 “Media forum” saytı xəbər verir ki, iyunun 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birgə keçirdiyi yazı müsabiqəsinin nəticələri açıqlanıb. 2010-cu il aprelin 19-də elan olunmuş müsabiqəyə mayın 20-dək 51 məqalə və 5 telesüjet təqdim edilib. ... |
 Media Hüququ İnstitutu may ayı üçün hesabatını açıqlayıb. Modern.az-ın məlumatına görə, hesabatda vurğulanır ki, Avropa İnsan Haqları Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin 4 ildir ki həbsdə olan qurucusu Eynulla Fətullayevin dərhal azadlığa buraxılmasını nəzərdə tutan qərar qəbul etsə də jurnalist hələ də cəza çəkməkdədir. Ona qarşı irəli sürülən narkotik maddə ittihamı üzrə məhkəmə prosesi ötən ay davam edib. .... |
 Milli Kitab Mükafatı müsabiqəsinin 10-luğuna düşmüş yazarlar Şərif Ağayar (müsabiqəyə “Kərpickəsən kişinin dastanı” povestini təqdim etmişdi), Nəriman Əbdülrəhmanlı (“Yalqız” romanı), Kamran Nəzirli (hekayələr toplusu) və Rafiq Tağı (hekayələr toplusu) “Media forum” saytının “Nəticələrdən razısınızmı” sualını cavablandırıblar. .... |
 Yunanıstan paytaxtında hökumətin pensiya sığortası qanunvericiliyini dəyişmək niyyətinə qarşı elan olunmuş tətil çərçivəsində bu gün ictimai nəqliyyat işləməyəcək. .... |
 Bu yaxınlarda "Çinar-Çap" nəşriyyatında şair Qəşəm Çıraqlının "Bir işıq ucundan tutub gedirəm" kitabı nəşr olunub. ... |
 Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu jurnalistlərə və jurnalist ailələrinə maliyyə yardımı ayrılması barədə qərar qəbul edib. .... |
 Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə 8 gün əvvəl paytaxt Tehranda tutulan azərbaycanlı jurnalist Əkbər Azad Təbriz zindanına köçürülüb. ... |
|
|
|