SAMF “Ən operativ mətbuat xidmətlərinin müəyyən olunması”nı aydınlaşdıran rəy sorğusunun nəticələri

SAMF “Ən operativ mətbuat xidmətlərinin  müəyyən olunması”nı aydınlaşdıran rəy sorğusunun nəticələriSöz Azadlığını Müdafiə Fondu (SAMF) 17 fevral 2010-cu il tarixində “Kaspian Plaza” Biznes Mərkəzinin konfrans zalında “KİV-lərin informasiya alması zamanı ən operativ mətbuat xidmətlərinin müəyyən olunması”nı aydınlaşdıran rəy sorğusunun nəticələrinin təqdimat mərasimini keçirib.
Tədbiri SAMF sədri Musa Yaqub açaraq bildirdi ki, bu mətbuat xidməti və kütləvi informasiya vasitələrinin təmsilçilərinin qarşılıqlı əlaqələrinin inkişafına xidmət edəcək tədbirlər sırasından ikincisidir. Ötən tədbir həmin münasibətlərin real vəziyyətinin və strateji inkişaf istiqamətlərinin müzakirəsinə həsr olunub. Sonra isə SAMF yalnız jurnalistlər arasında sorğu keçirib. Bu günsə həmin sorğunun nəticələrini ictimaiyyətə açıqlayır.
Sonra sorğu və digər tədbirlər planı, eləcə də niyə mətbuat xidmətləri və KİV münasibətləri mövzusunu seçilməsi barədə SAMF-ın layihələr üzrə koordinatoru Nəzirməmməd Quliyev çıxış etdi. N.Quliyev bildirdi ki, “KİV-lərin məlumat alması zamanı ən operativ mətbuat xidmətinin müəyyən olunması”nı aydınlaşdıracaq rəy sorğularını keçirməkdən məqsəd yalnız ölkəmizdə informasiyalı cəmiyyət üzərində yaradılması nəzərdə tutulan demokratik, hüquqi dövlət quruculuğu prosesinə, eləcə də vətəndaş cəmiyyətinin əsas atributlarının inkişafına kömək etmək, təkan vermək istəyidir. Şübhəsiz ki, problemlərin həlli üçün ilk növbədə ölkə KİV-lərinin fəaliyyətinə bütün istiqamətlərdə yaşıl işıq yandırılması zəruridir. Qanunvericilik, normativ aktların qəbulu prizmasından demək olar ki, əksər problemlər öz həllini tapıb.
Koordinator KİV-lərin fəaliyyət sferasına da toxunaraq bu sahədə pozitiv və neqativ məqamları diqqətə çatdırdı: “Sirr deyil ki, Azərbaycanda hələ də qanunların qəbulu və onun işləklik mexanizmi arasında böyük bir boşluq, məsafələr qalır. Bu çatışmazlıqdan media barədə normativ aktlar da sığortalanmayıb. Amma bu bizim ölkəmizdi. Bu problemləri də biz özümüz həll etmək məcburiyyətindəyik.Yeri gəlmişkən bir neçə gün öncə konstitusiyanın 32-ci maddəsinə müvafiq olaraq KİV haqqında qanunun 60-cı maddəsinə edilən “Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olunmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmadan izlənilməsi, video, foto çəkilişinə, səs yazılmasına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması”nın qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olmasını əsaslandıran əlavədə də yenidən bir sıra mübahisə yaradacaq məqamlar, başqa sözlə qanunda boşluqlar yaranıb. Bu, birbaşa mətbuat xidmətlərinin fəaliyyət sferasına aid olmasa da, hər halda daha geniş spektri əhatə edir. Şəxsən mən insanların şəxsi həyatına müdaxilənin qarşısının alınmasını normal qarşılayıram. Ancaq əlavənin istər-istəməz KİV təmsilçilərinə öz peşə borclarını yerinə yetirən zaman əlavə problemlər yaradacağı da şübhəsizdir. Söhbət burada media qurumunun standartlarına uyğun, ictimai fikrə təsir etmək gücündə olan KİV vasitələrindən gedir. Onların fəaliyyət dairəsi darala bilər. Bir möhür, bir baş redaktordan ibarət reket mətbuatının qarşısının az da olsa alınması üçün bu əlavə bəlkə də yaxşı bir vasitədir. Ancaq “qurunun oduna yaşı da yandırmaq” təhlükəsinə, eləcə də yerli-yersiz mübahisələrin yaranacağı təhlükəsinə yol açılmayacağına da heç kim zəmanət verə bilməz. Düzdür, Milli Məclisdəki müzakirələr zamanı əlavənin ictimai fəaliyyətə tətbiq olunmayacağı barədə arqumentlər səsləndirildi. Ancaq şəxsi fəaliyyət, eləcə də ictimai yer və ictimai fəaliyyətin sərhədləri, ktiteriyaları da qanunda öz əksini tapsaydı, daha məqsədəuyğun olardı. SAMF bu istiqamətdə də təkliflərini hazırlayıb sizlərin iştirakı ilə geniş müzakirələr təşkil etməyi planlaşdırır”.
N.Quliyev informasiya açıqlığının necə tənzimlənməsi barədə suala da cavab axtarmağın vacibliyini də söylədi. Onun sözlərinə görə, İnformasiya açıqlığının bəzi məqamlarda qorunub, bəzi məqamlarda arxa planda qalmasına münasibətlər daim fərqli olur. Başqa sözlə, informasiya almaqda çətinlik çəkən və ya buna ümumiyyətlə nail ola bilməyən media təmsilçisinin öz arqumenti olur. Onlar adətən KİV haqqında, İnformasiya əldə etmək haqqında, Məlumat azadlığı haqqında, Ətraf mühitə dair informasiya almaq haqqında, Televiziya və radio yayımı haqqında və s. müvafiq qanunlara istinad edərək məlumatın mütləq verilməsinin vacibliyini arqumentləşdirirlər. Qarşı tərəfin – mətbuat xidməti əməkdaşlarının da öz mövqeyi, öz prinsipləri olur. Onlar bəzi hallarda jurnalistin müraciət zamanı jurnalist etikasını, iş kodeksini pozduğunu bildirir, bəzi hallarda isə hətta az qala onlardan soruşulan informasiyanı konfidensial, dövlət sirri əhəmiyyətli məlumat kimi xarakterizə edirlər. Bütün hallarda Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ləngiyir. Bu isə vətəndaşlarımızın haqlı-haqsız narazılığına səbəb olmaqla bərabər, beynəlxalq təşkilatların da diqqətini cəlb edir. Ona görə də problemin həlli istiqamətində ilk addımın informasiya ötürülməsinə qanunla cavabdeh olan mətbuat xidmətləri institutlarının təmsilçiləri ilə informasiyanı ictimailəşdirməyə can atan KİV işçilərinin arasında işgüzar münasibətlərin məcrasına düşməsi olması fikrimizcə çox təqdirəlayiq haldır. Hesab edirik ki, əsas problem olaraq bu istiqamətin cızılması daha məqsədəuyğun olardı. Tədbirin bu məqamında SAMF-ın icraçı direktoru Vüqar Tofiqli KİV təmsilşiləri arasında keçirilmiş sorğunun Slayd-şouda göstərməklə əyani izahını təqdim etdi.

Slayd əlavədədir

Tədbirin ikinci hissəsi isə mövzu ətrafında mütəxəssislərin, ekspertlərin, hüquqşünasların və KİV təmsilçilərinin iştirakı ilə geniş müzakirələrlə davam etdirildi.
“Xalq qəzeti” baş redaktorunun müavini Tahir Aydınoğlu, Milli Məclisin üzvü, tanınmış jurnalist Elmira Axundova, Ombudsman aparatı mətbuat xidmətinin rəhbəri Zenfira Məhərrəmli, Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Teymur Abdullayev, müstəqil ekspert Ələsgər Məmmədli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, QHT-lərə Dövlət Dəstəyi Şurası Mətbuat Xidmətinin rəhbəri Səfər Alışarlı, TQDK Mətbuat Xidmətinin rəhbəri Elnur Nağızadə, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, “Exo” qəzetinin əməkdaşı Ramella İbrahımxəlilova, “Azadlıq” qəzetinin əməkdaşı Aytən Məmmədova, müstəqil hüquqşünas Adil Minbaşı, Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva və başqaları çıxış edərək həm sorğunun nəticələrinə, həm də bütövlükdə mövzuya münasıbətlərini bildirdilər. Nəticələr barədə razılıqlarını və iradlarını söyləyən qonaqlar mətbuat xidmətləri ilə medianın münasibətlərini tənzimləyəcək bu mövzunun davam etdirilməsini vacib hesab etdilər.

SAMF “Ən operativ mətbuat xidmətlərinin  müəyyən olunması”nı aydınlaşdıran rəy sorğusunun nəticələri SAMF “Ən operativ mətbuat xidmətlərinin  müəyyən olunması”nı aydınlaşdıran rəy sorğusunun nəticələriSAMF “Ən operativ mətbuat xidmətlərinin  müəyyən olunması”nı aydınlaşdıran rəy sorğusunun nəticələri








SAMF “Ən operativ mətbuat xidmətlərinin  müəyyən olunması”nı aydınlaşdıran rəy sorğusunun nəticələri SAMF “Ən operativ mətbuat xidmətlərinin  müəyyən olunması”nı aydınlaşdıran rəy sorğusunun nəticələri SAMF “Ən operativ mətbuat xidmətlərinin  müəyyən olunması”nı aydınlaşdıran rəy sorğusunun nəticələri SAMF “Ən operativ mətbuat xidmətlərinin  müəyyən olunması”nı aydınlaşdıran rəy sorğusunun nəticələri













SAMF. 17 Fevral 2010-cu il.