KİV-in monitorinqinin aparılması
Sifarişçinin tələblərinə uyğun olaraq KİV-in fərdi şəkildə monitorinqinin təşkili
Xidmətin təsviri
SAMF qəbul edilmiş texniki tapşırıqlar əsasında sifarişçini maraqlandıran mövzular ətrafında KİV-də dərc edilmiş və internet media resurslarında yerləşdirilmiş materialların toplanılması prosesini həyata keçirir. Mövzudan asılı olaraq bu sıraya respublika, regional KİV və TV–radioların internet resursları da aid edilə bilər.
KİV-in monitorinqi sifarişçinin tələbinə uyğun olaraq gündəlik, həftəlik və aylıq həyata keçiriləcək. Monitorinqin nəticələri isə sifarişçiyə MS Office Word formatında həm elektron formatda, həm də kağız şəklində çatdırıla bilər. Nəticələr həmçinin sifarişçinin verdiyi elektron ünvana da (və ya bir neçə ünvana) göndərilə bilər.
Monitorinqin qiyməti görülən işin həcmindən asılı olaraq dəyişkən nəzərdə tutulur.
Xidmətin təsviri: Həftəlik icmal - mərkəzi və regional KİV də, internet mediada yerləşdirilən və ölkədə, habelə ölkə xaricində həftə ərzində baş verən hadisələrin konkret mövzular ətrafında qısa icmalların hazırlanması şəklində həyata keçirilə bilər.
Qiymətlər konkret xidmətlər üzrə də dəyişə bilər. Xatırladırıq ki, müqavilə qiymətlərinə əlavə dəyər vergisi də daxildir.
Əlaqə telefonu: 012/596/64/17
samfnews@yahoo.com
SAMF |